Axtaçı kənd sakinləri ilə səyyar qəbul keçirilib.
26 iyul 2024 | 20:31
İyulun 26-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Axtaçı kənd sakinləri ilə keçirib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.