Avqustun 14-də Kürdəmir Rayon İcra Hakimiyyətinin könüllülərinə “Layihələrin hazırlanması və idarə edilməsi” mövzusunda təlim keçirilib.
14 avqust 2025 | 18:37
Kürdəmir Rayon İcra Hakimiyyətinin könüllülərinə “Layihələrin hazırlanması və idarə edilməsi” mövzusunda təlim keçirilib. İki gün davam edən təlimdə təlimçi Sərfinaz Hüseynzadə könüllülərə layihələrin hazırlanması və idarə edilməsi, layihələr üçün maliyyə mənbələrinin araşdırılması, layihələrin hesabatlılığı barədə ətraflı məlumatlandırıb, onları maraqlandıran suallar cavablandırıb.






