Şriftin ölçüsü :

Saytın rəngi :

AQTA sədri Kürdəmirdə vətəndaşları qəbul edib.

17 may 2022 | 16:41
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mayın 17-də Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Qoşqar Təhməzli və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb. Müraciətlər regionda bitkiçilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti ilə bağlı məsələləri əhatə edib. Həmçinin müraciətlərdə işlərin daha operativ və səmərəli təşkili üçün gələcəkdə digər rayonlarda da laboratoriyaların yaradılması, heyvan kəsimi fəaliyyəti və bununla əlaqədar Agentlik tərəfindən həyata keçirilən baytarlıq nəzarəti kimi məsələlər yer alıb.
Qəbula gələn hər bir vətəndaşın müraciəti AQTA sədri tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlərlə bağlı edilən müraciətlər yerində həll olunub, qaldırılan digər məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Daha sonra Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb.
 
 
Keçidlər