Aqrar Sığorta Fondu 2025–2026-cı illər üzrə meyvə bağlarının sığortalanma dövrünün başladığını elan edib.
28 oktyabr 2025 | 18:21
Aqrar Sığorta Fondu 2025–2026-cı illər üzrə meyvə bağlarının sığortalanma dövrünün başladığını elan edib. Dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta 41 növ bitkini, o cümlədən 21 növ meyvə bağını (alma, armud, nar, üzüm, zeytun və s.) əhatə edir.
Sığorta dolu, sel, şaxtavurma, yanğın, xəstəlik və zərərvericilər kimi risklərdən qoruyur. Dövlət sığorta haqqının 50%-ni ödəyir. 10 min manatlıq məhsulun sığortası fermerə 100–250 manata başa gəlir.
Fermerlər həm meyvələri, həm də ağac və tingləri sığortalaya bilirlər. Ağac məhv olarsa, onun 3 illik məhsulunun dəyəri ödənilir.
Sığorta haqqını “Bitkiçilik kalkulyatoru”ndan (https://asf.gov.az/bitkicilik-kalkulyatoru) hesablamaq mümkündür. Ətraflı məlumat üçün Fondun saytı və 1651 nömrəsi mövcuddur.






