Aprelin 23-də Quşlar kənd sakinləri ilə səyyar qəbul keçirilib.
23 aprel 2026 | 18:50
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Quşlar kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Kür çayı boyunca yerləşən kəndlərdə Kürün səviyyəsi və görülən işlərlə yerində tanış olmuş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir.






