Aprelin 2-də Kürdəmirdə şanlı Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib.
02 aprel 2026 | 16:20
Tədbir çərçivəsində rayonun icra başçısı Elşən Həsənli, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri şəhid pilot baş leytenant Əbubəkr İsmayılovun büstünü və şəhid gizir Tural Qurbanovun məzarını ziyarət ediblər. Hər iki şəhidin əziz xatirəsi ehtiramla yad edilib.






