Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidinin medalı ailəsinə təqdim edildi.

08 may 2026 | 15:34
Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Qurbanov Tural Gürşad oğlunun ailəsinə şəhidin təltif olunduğu "Vətən uğrunda" medalı təqdim edilib.
Tədbirdə şəhidin atası, rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Şəhidin atası Gürşad Qurbanov oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə, həmçinin göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Keçidlər