Ailə dəyərlərinin təbliği mövzusunda Kürdəmirdə tədbir keçirilib.
Aprelin 5-də Kürdəmir rayonu Qarasaqqal kənd tam orta məktəbində “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 5-ci və “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.1-ci bəndinə uyğun olaraq “Gənclər arasında ailə dəyərlərinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Vəsilə Əsgərli, Kürdəmir Rayon Polis Şöbəsinin inspektoru, polis leytenantı Gülşən Əhmədova, Kürdəmir Ailə Sağlamlıq Mərkəzinin həkimi Xatirə Əhmədova, Qarasaqqal kənd tam orta məktəbin rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak ediblər. Çıxış edənlər gənclər arasında ailə dəyərlərinin təbliği, gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri haqqında ətraflı məlumat verib, sonda şagirdlərin sualları cavablandırılıb.