Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə tədbirlər keçirilmişdir

06 sentyabr 2024 | 15:39

Azərbaycan Respublikasının ratifikasiya etdiyi bir sıra beynəlxalq sənədlərin və milli qanunvericiliyin müvafiq müddəalarında mütərəqqi sosial xidmət sisteminin yaradılması, sosial xidmətlərin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması kimi əhəmiyyətli məsələlərin həlli məqsədilə sosial xidmət sisteminin təkmilləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində dövlət siyasətini müəyyən edən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmış və Azərbaycan Respublikasının Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramında əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulmuşdur.
Kürdəmir Rayon İcra Hakimiyyəti olaraq bu Sərəncamın Tədbirlər Planının 8.4.7-ci bəndinə əsasən Kürdəmir rayonunda yaşayan ahıl şəxslərin cəmiyyətə inteqrasiyası, cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakı, ictimai faydalı fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə olunması, asudə vaxtlarının səmərəli təşkili ilə məqsədilə mütəmadi görüşlər keçirilmişdir.
Görüşlərdə ahılların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olmalarından, onlara ehtiram göstərməyin yüksək insani keyfiyyət olmasından bəhs edilmişdir. Bununla yanaşı, yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək barədə, o cümlədən onların nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından zəruri xidmətlərindən söz açılmışdır.

Keçidlər