Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Kürdəmirdə qeyd olunub

18 oktyabr 2019 | 16:00

Oktyabrın 18-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir ” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və  təşkilatlarının  rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə təzə-tər gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra onlar Heydər Əliyev Mərkəzinin foyesində təşkil edilmiş şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında “Müstəqilliyimiz əbədidir” adlı kompozisiya nümayiş olunub. 
Dəyirmi Masada “18 oktyabr Dövlət Müstəqilliyi günüdür” mövzusunda Qarabucaq kənd tam orta məktəbin müəllimi Nizam İsmayılov, “Müstəqillik dövründə Azərbaycan Respublikasının hərbi quruculuq fəaliyyəti” mövzusunda rayonda yerləşən N saylı hərbi hissədə siyasi işlər üzrə komandir müavini Qorhmaz  Mehdiyev, ”Heydər Əliyev ideyaları milli müstəqilliyimizin mənəvi güc mənbəyidir” mövzusunda YAP Kürdəmir rayon qadınlar şurasının sədri Sevda Hacıyeva, “Heydər Əliyev və Müstəqil Azərbaycan gəncliyi” mövzusunda Atakişili kənd tam orta məktəbin tarix müəllimi Səidə Dadaşova məruzələrlə çıxış edərək  Ulu  Öndər  Heydər  Əliyevin  dövlətimiz  və  dövlətçiliyimiz, həmçinin  xalqımız  üçün  qurub  yaratdığı  müasir  Azərbaycanın  parlaq uğurlarından danışıblar.
Tədbirdə yekun nitqi ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Ceyhun Cəfərov bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, xoş arzularını çatdırdı. O , öz  çıxışında Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışdı. Vurğuladı  ki, 1991–ci il oktyabrın 18–də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlanıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşdırılması siyasətinin nəticəsi olaraq qısa dövrdə dövlətimizin hüquqi-sosial bazası yaranıb, müstəqilliyi möhkəmlənib, dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılıb. Ulu Öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada qabaqcıl ölkələr sırasına çıxıb, iqtisadi inkişaf tempinə görə lider ölkələrdən birinə çevrilib. Əlbəttə, bütün bu nailiyyətlər, qazanılan uğurlar asanlıqla əldə olunmayıb.

 

 

 

Keçidlər