Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Qloballaşma prosesində milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

15 oktyabr 2019 | 16:00

Oktyabrın 15-də Kürdəmir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Qloballaşma prosesində milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümbətov, Komitənin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin əməkdaşı Həsən Həsənzadə, Qarasu kənd məscidi dini icmasının sədri Babakişi Nurməmmədov, dini icma sədrləri, din xadimləri, ziyalılar, təhsil işçiləri və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxışında bildirib ki, müasir dövrdə dünyanın sürətlə qloballaşması fərdlərin və cəmiyyətlərin həyatına böyük təsir göstərir. Mədəniyyətlərin mübadiləsi ilə müşahidə olunan qloballaşma milli özünəməxsusluğu aradan qaldırır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi vəzifəni məhz Ulu Öndər Heydər Əliyev öz üzərinə götürmüş və bu missiyanı böyük uğurla həyata keçirməyə nail olmuşdur. E.Qafarov qeyd etmişdir ki, Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də millimənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümbətov mövzu ilə bağlı çıxışında qeyd edib ki, mənəvi aləmimizi zənginləşdirən, birliyimizi təmin edən, tariximizi və mədəni irsimizi ucaldan milli dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Vətən sevgisi, ailə birliyi, dini dəyərlər, adət-ənənələrimiz, yardımsevərlik kimi milli mental keyfi yyətlərimizi özündə təcəssüm etdirən mənəvi dəyərlərimiz, bütün dövrlərdə olduğu kimi, bu gün də gündəlik həyatımızda, bir növ, əxlaqi meyar rolunu oynayır. Bu dəyərləri yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişini, onun varlığını qorumaq deməkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və digər natiqlər də çıxışlarında Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin kifayət qədər zəngin olduğunu və xalqımızın onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürdüyünü vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbir Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Kürdəmir rayonu Qarasu kənd məscidi dini icmasının “Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimiz” adlı layihə çərçivəsində keçirilib.





 

Keçidlər