Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 5 oktyabr – Beynəlxalq müəllimlər günü qeyd olunub

04 oktyabr 2019 | 16:00

Oktyabrın 4-də Kürdəmir şəhərinin “Muradxan” sarayında Beynəlxalq  müəllimlər günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının  rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və təhsil işçiləri  iştirak  ediblər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı çıxış edərək əlamətdar  gün  münasibəti  ilə  rayon müəllimlərini  təbrik  etdi, onlara daha böyük uğurlar arzuladı. O  çıxışında  bildirdi ki, Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı  gələcəyinə  həsr  edən  müqəddəs  peşə  sahiblərinin  bayramıdır. Beynəlxalq müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildə Ulu Öndərin vaxtından qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.   Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə  hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini  başlıca istiqamət seçib.Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmirlər. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətin bu fəaliyyət proqramına ”Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Ceyhun Cəfərov vurğulayıb ki, Ölkə  Prezidenti  cənab  İlham  Əliyevin  diqqət  və  qayğısı  ilə  son  illərdə rayonumuzda  müasir  standartlara  cavab  verən  38  yeni  məktəb  binaları və əlavə sinif otaqları tikilib istifadəyə verilib ki, bu da həmin məktəblərdə 10 minə yaxın şagirdin bir növbədə təhsil almasına şərait yaradıb. 2015-2016-cı dərs ili ərəfəsində Ölkə rəhbərimiz  cənab İlham Əliyevin Kürdəmir rayonuna tarixi səfəri və bu səfər zamanı bir sıra sosial obyektlərin açılışı ilə yanaşı rayonun Atakişili kənd tam orta məktəbi yanında 624 yerlik müasir standartlara cavab verən yeni tədris binasının açılışında da iştirak etmişdir. Bu tarixi hadisə Kürdəmir təhsilinə və ümumilikdə Azərbaycan təhsilinə verilən ən böyük qiymət, diqqət və qayğının bariz nümunəsidir. 2018-2019-cu tədris ilində rayonun Axtaçı-Qarabucaq kəndində 132 yerlik müasir standartlara cavab verən yeni tam orta məktəb binasının açılışı edilərək məktəb kollektivinin istifadəsinə verilib. Eyni zamanda Bağman kənd tam otra məktəbi, Pirəköcə,Yeni Şıxımlı kənd ibtidai məktəbləri, Çöl-ərəb, Qurdlar, Çərtəyəz, Təklə, Öyləqulu kənd ümumi məktəbləri yanında modul tipli yeni məktəb binaları quraşdırılıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Mustafayeva Rəhilə Cənnət qızı “Tərəqqi”  medalı ilə təltif edilməsini cənab prezidentin bütün sahələrə olduğu kimi təhsil sferasına da göstərilən diqqət və qayğısının bir nümunəsidir.
Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Sonda təhsil sahəsində uzun müddət çalışan, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənən müəllimlərə rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim edildi.

Keçidlər