Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev çağdaş kitabxana quruculuğunun banisidir”mövzusunda elmi-praktiki konfrans keçirildi
Kürdəmir rayon İcra Hakimiyyəti M.F.Axundov adına Milli Kitabxanası ilə birgə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev çağdaş kitabxana quruculuğunun banisidir”mövzusunda elmi-praktiki konfrans keçirdi.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş,onun həyat və yaradıcılığından bəhs edən 250-dən çox kitab,kitabça,qəzet və jurnal məqalələrini əhatə edən “Heydər Əliyev milli intibahımızın memarıdır” adlı zəngin sərgi ilə tanış oldular.
Milli Kitabxananın direktoru Kərim Tahirov Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbiri açıq elan etdi.O,Ulu Öndərin mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan ,kitabxana quruculuğundakı misilsiz xidmətlərindən danışdı.
Konfrans iştirakçıları “Heydər Əliyev Mədəniyyətimizin hamisidir” mövzusunda video-çarxa baxdılar.
Sonra çıxışçılar Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev,Kürdəmir rayon MKS-nin direktor müavini İradə Mahmudova və M.F.Axundov adına Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayeva çıxış etdilər.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov çıxış edərək Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulmasında və rifahının yüksəldilməsindəki xidmətlərindən bəhs etmiş,onun mədəniyyətimizin,milli-mənəvi dəyərlərimizin inkişafına göstərdiyi xüsusi qayğıdan danışmışdır.