Kürdəmirdə pambıq yığımına 1100 nəfərədək işçi qüvvəsi cəlb olunub
Kürdəmir, 20 sentyabr, AZƏRTAC
Kürdəmir rayonunda pambıq yığımı kampaniyası davam edir və qısa vaxtda qəbul məntəqələrinə 325 tondan çox məhsul təhvil verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul yığımına 1100 nəfərədək işçi qüvvəsi cəlb olunub. Hazırda yığım kampaniyası sürətlə davam edir. Atakişil, Qocalı, Qarasaqqal, Şilyan, Ərəbqubalı, Qarasu və bir sıra digər ərazi dairələrində tarlalardan bol məhsul gözlənilir.
Qeyd edək ki, bu il rayonda 2 min 809,2 hektarda pambıq yetişdirilib. 2000 hektardan çox sahənin məhsulunun maşınlarla yığılacağı nəzərdə tutulub. Bu məqsədlə 11 pambıqyığan maşının qüvvəsindən istifadə olunacaq. Pambıqyığan maşınlardan 2-si “MKT-İK” MMC-yə, 9-u isə “P-Agro” MMC -yə məxsus tarlalarda işləyəcək.