Şriftin ölçüsü :

Saytın rəngi :

Qocalı kəndində səyyar qəbul keçirilb

19 sentyabr 2019 | 16:00

Sentyabrın 19-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qocalı kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Qəbulda Qocalı kənd inzibati ərazi dairəsinə daxil olan Xəlsə, Pirəköçə, Beyi və Qocalı kəndlərinin  sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə ,  müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulda giriş nitqi ilə çıxış edərən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ölkə Prezidentinin əhalinin rifah-halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə geniş məlumat verib. Qeyd edib ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir. Bildirdi ki, Ölkə Prezidentinin Sərəncamlarına əsasən Kürdəmir rayonunda “Asan Xidmət” mərkəzi, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlər tikilir, kənd yolları yenidən qurulur.
Səyyar qəbulda iştirak edən kənd sakinləri istismar müddətini başa vurmuş naqil və dirəklərin dəyişdirilməsini, kəndin zinə suyunu axıdan kanalların təmizlənməsi, nümayəndəlik ərazisində internet şəbəkəsinin olmamasını, kəndarası yolların təmiri, əkin sahələrin suvaran kanalların təmizlənməsi, məşğulluq məsələləri, təhsil və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

 

 

Keçidlər