Muğanlı kənd sakinləri ilə görüş keçirilib
Sentyabrın 14-də Muğanlı kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun və Millət Vəkili Rafael Hüseynovun iştirakı ilə görüş keçirilib.
Muğanlı kənd tam orta məktəbində təşkil olunan görüşdə məktəbin kollektivi və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Ölkə rəhbərimiz cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda 38 yeni müasir standartlara cavab verən yeni məktəb binalarının tikilib istifadəyə verildiyini, “Asan Xidmət” mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün binanın və digər sosial obyektlər tikildiyini, kənd yollarının yenidən qurulduğunu söylədi. O öz çıxışında ümumi icbari təhsilin yerinə yetirilməsində çətinlik yaradan əsas problemlərdən biri də bir sıra kəndlərin qonşu məktəblərdən xeyli aralı məsafədə yerləşməsini qeyd etdi. Belə məktəblərdən birinində Muğanlı kənd ümumi orta məktəbinin olduğunu bildirdi. Ceyhun Cəfərov Muğanlı kənd sakinlərini və məktəbin kollektivini məktəbin tam orta məktəb olması münasibəti ilə təbrik etdi, məktəbdə 9-cu sinifi bitirən şagirdlərin tam orta təhsilərini başa vurmaq üçün uzaq məsfə qət edərək başqa təhsil müəssisələrinə getmək çətinliklərinin həll olunduğunu vurğuladı. Hal-hazırda rayonun Təklə, Öyləqulu kənd ümumi orta və Bağman kənd tam orta məktəbləri yanında modul tipli yeni məktəb binalarının tikintisi başa çatmaq üzrə olduğunu, bundan əlavə Təhsil Nazirliyinin sifarişi əsasında şəhər 1 saylı tam orta məktəbinin binasında əsaslı təmir işləri aparıldığını və Qarasu kəndində yeni məktəb binasının tikilməsinin nəzərdə tutulduğunu qeyd etdi.
Görüşdə çıxış edən Millət Vəkili Rafael Hüseynov ölkə Prezidenti Cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda təhsil sahəsində görülmüş işlərdən ətraflı məlumat verdi.
Sonda kənd ziyalısı Elimxan Piriyev, ağsaqqallar Ayazxan Hüseynov, İskəndər Piriyev və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə rəhbəri İlham Əliyevə cənablarına minnətdarlıqlarını ifadə ediblər.