Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimiz” mövzusunda maarifləndirici tədbir keçirilib

12 sentyabr 2019 | 16:00

Sentyabrın 12-də Kürdəmir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Qarasu kənd məscidi dini icmasının sədri Babakişi Nurməmmədov, Kürdəmir raon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev, ziyalılar və təhsil işçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxışında bildirib ki, xalqımız müstəqilliyini bərpa etdikdən sonra qədim tariximizi və mədəniyyətimizi daha dərindən tədqiq etmək, öyrənmək  və dünyaya tanıtmaq üçün geniş imkanlar əldə etdi. O qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib.  Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında qeyd edib ki, günümüzdə milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərdən təcrid vəziyyətdə təsəvvür etmək çətindir. Ona görə də mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə ciddi fikir verilməlidir.
Digər natiqlər də çıxışlarında gənclərimizin milli-mənəvi dəyərlərinə, tarixinə və kimliyinə bağlılıq ruhunda tərbiyə alaraq Azərbaycanın inkişafına öz töhfələrini verməli olduqlarını vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər