Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda ”Vətənim Azərbaycan” milli intelektual bilik yarışması keçirildi

02 may 2013 | 15:00

          Kürdəmir rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi 01 may 2013-cü il tarixdə Kürdəmir rayon “Gənclər Evi”ndə rayonun ümumtəhsil məktəbləri arasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Vətənim Azərbaycan” milli intelektual bilik yarışması keçirdi.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar işlər üzrə müavini Əbulfət Mikayilov iştirak etmiş və yarış işitirakçılarına uğurlar arzulamışdir. O,öz çıxışında Ulu Öndər Heydər Əliyevin gənclərə daim olan diqqət və qayğısından söz açaraq Azərbaycan gənclərinin formalaşmasında, yetişdirilməsində Ulu öndərin misilsiz xidmətlərini qeyd etdi.Bu siayasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və məhz aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan gəncləri uğurlu naliyyətlər əldə etmişlər.
Tədbirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda video çarx numayış olundu.
Yarışda rayonun 12 ümumtəhsil məktəbinin( şəhər 1; şəhər 2; şəhər 3; şəhər 4; şəhər 5; şəhər6; Yenikənd; Topalhəsənli; Dəyirmanlı; Mürtülü; Atakişili; Köhnəbazar) komandaları iştirak etmişdir. Yarışın yekun nəticəsinə görə I yer- şəhər-1 saylı tam orta məktəb: II yer - şəhər-6 saylı tam orta məktəb: III yer- Topalhəsənli kənd tam orta məktəbi layiq görüldü.

Keçidlər