Şriftin ölçüsü :

Saytın rəngi :

Carlı kəndində səyyar qəbul keçirilib

29 avqust 2019 | 16:00

Avqustun 29-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Carlı kənd inzibati ərazi dairəsinin Quşlar və Carlı kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının,  idarə,  müəssisə  və  xidmət  təşkilatlarının  rəhbərləri iştirak ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qəbulu giriş nitqi ilə açaraq bildirib ki, belə qəbullar ölkə  Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirilir, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlar daim diqqət mərkəzində saxlanılır. Son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə danışan Ceyhun Cəfərov rayon ərazisində həyata keçirilən layihələrdən geniş məlumat verdi. Bildirdi ki, Ölkə Prezidentinin Sərəncamlarına əsasən Kürdəmir rayonunda “Asan Xidmət” mərkəzi, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlər tikilir, kənd yolları yenidən qurulur.
Kənd sakinləri elektrik enerjisi və suvarma su təchizatı, torpaq məsələləri, səhiyyə, qaz təchizatı, yol, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər