Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illk yubleyinə həsr olunmuş tədbir keçirildi

02 may 2013 | 15:00

Kürdəmir rayon İcra Hakimiyyəti YAP Kürdəmir rayon təşkilatının Qadınlar Şurası ilə birgə   01 may  2013-cü il tarixdə “Heydər Əliyev və müstəqil Azərbaycanda qadın siyasəti” mövzusunda dəyirmi masa keçirdi.
       Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin adını daşıyan parka gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
        Sonra tədbir “Gənclər Evi” nin  akt  zalında  öz işinə başlamışdır.
         Dəyirmi masada rayon İcra Hakmiyyətinin Başçısının müavini Əbülfət Mikayılov,  YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, YAP rayon təşkilatının sədr müavini İlham Həmidov iştirak etdilər.
        Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva açdı və “Heydər Əliyev və müstəqil Azərbaycanda qadın siyasəti” mövzusunda məruzə ilə çıxış etdi.
       O, məruzəsində qeyd etmişdir ki, Azərbaycan dövləti qədim olmaqla çox keşməkeşli və mübarizələrlə dolu tarixi yol keçərək bu günümüzə gəlib çıxmışdır. Tarixin hansı dönəmi olursa - olsun həmişə bu sınaqlardan xalqımız şərəf və ləyaqətlə çıxmışdır.Azərbaycan xalqının böyük dövlətçilik ənənəsi, zəngin mədəniyyəti, milli-mənəvi, əxlaqi dəyərləri var.Azərbaycan xalqı soykökünə söykənə bilən xalq olmaqla onun tarixi mədəniyyəti, dastanları, nağılları, laylaları, dillərdə dolaşan mahnıları olan bir xalqdır.Bunları nəsildən –nəsilə, əsrdən-əsrə keçirən ləyaqətli,ismətli analarımız və  mərd ərənlərimiz olmuşlar.Belə analar mərd oğullar böyütmüşlər, elə oğullar ki, o oğullar Azərbaycan tarixini qurmuş, inkişaf etdirmiş və onu qoruyaraq bugünkü günümüzü bizə bəxş etmişdir.Belə analardan biri İzzət ana, oğul isə Ulu Öndər Heydər Əliyevdir.Heydər Əliyev Allahın Azərbaycana böyük töhfəsi və xalqının xilaskarıdır.Sonra Elmira Şıxəliyeva məruzəsində Ulu Öndərin Azərbaycan qadınlarına hər iki hakimiyyəti dövründə qayğısından danışdı və “Ailə, Qadın və Uşaq problemləri üzrə” Dövlət Komitəsinin yaradılması qadınların ictimai həyatda rolunu daha da artırdı və Azərbaycan ailəsinin hüquqlarıınn cəmiyyət tərəfindən qorunmasında mühüm rol oynadı.Natiq bildirmişdir ki, hal-hazırda Azərbaycan qadını ölkəmizin ictimai həyatında fəal iştirak etməklə hətta onu müxtəlif xarici qurumlarda belə təmsil edir.Bu şəraitə, bu inkişafa, Azərbaycan qadınının xəyal olan bu firavan həyatına görə  Ulu Öndər siyasətinə  və ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarıq.Qadın anadır.Bir ana olaraq ona sabitlik, rahatlıq, sağlam məişət və övladlarının sabahkı təminatı lazımdır.Bu gün bu təminat var, sabah da olacağına inanaraq qadınlarımız  həmişə ölkə rəhbərinin yanındadırlar , onlar bir seçim ediblər, o da Ölkəmizin layiqli Prezidenti cənab İlham Əliyevdir.
         Məruzə ətrafında fəal qadınlardan Yaqut Əşrəfova, Dürriyə Seyidova, İradə Mahmudova və Qəndaf Zülfüqarova çıxışlarında   Ulu Öndər haqqında, onun həyatı və siyasi  fəaliyyəti, haqqında danışmış,  Azərbaycan qadınlarının qəlbində öz əbədi heykəlini qurmuş bu nəcib və alicənab insanın danılmaz xidmətlərindən söhbət açmışlar.
       Sonda  rayon İcra Hakimiyyətinin Başçısının  müavini Əbülfət Mikayılov   çıxış edərək, dəyirmi masa  iştirakçılarını əziz və əlamətdar gün – dahi şəxsiyyət Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin   anadan olmasının 90 illk yibileyi münasibətilə təbrik etmiş və tədbirə yekun vurmuşdur.

Keçidlər