Kürdəmirdə ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Avqustun 7-də rayon icra hakimiyyətinin akt zalında “Kürdəmir rayonunun 2019-cu ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilib.
Yığıncaqda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yanında Sosial-iqtisadi sahə ilə bağlı 2019-cu ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 31 iyul tarixli müşavirədə bu ilin 6 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.Möhtərəm Cənab Prezidentimiz müşavirədə ilin əvvəlində qarşıda qoyulmuş vəzifələrin icra olunduğunu, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrin icra olunduğu, ümumi iqtisadi vəziyyətin müsbət olduğunu, bunun rəqəmlərdə də özünü əks etdiyini qeyd etdi.Cənab Prezidentimiz müşavirədə aparılmış uğurlu islahatların nəticəsində bu ilin altı ayında iqtisadiyyatın 2,4 faiz, qeyri-neft sektorunun 3,2 faiz, qeyri-neft sənayesinin 15,7 faiz, kənd təsərrüfatının 13,0 faiz artdığını diqqətə çatdırdı.Möhtərəm Cənab Prezident təsərrüfat dövriyyəsinin 20 faizdən çox, qeydi neft ixracının 15 faiz artığını, ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulduğu və bu sərmayənin böyük hissəsinin qeyri-neft sektoruna qoyulan sərmayə olduğunu, inflyasiyanın cəmi 2,5 faiz olduğunu qeyd etdi.Cənab Prezidentimiz müşavirədə qeyd etdi ki, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqlənmiş və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmış, minimum əmək haqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır və artıq sentyabr ayından ödənişlər həyata keçiriləcəkdir. Minimum əmək haqqı təxminən 2 dəfə qaldırılmış, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılmışdır.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2019-cu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 9 faiz artaraq 210155,2 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 72,8 faizi istehsal sahələrində, o cümlədən 13,3 faizi sənayedə, 53,3 faizi kənd təsərrüfatında, 6,2 faizi tikintidə olduğu halda 21,2 faizi xidmət sahələrində, o cümlədən 1,2 faizi nəqliyyatda, 0,2 faizi rabitədə, 25 faizi ticarətdə olmuşdur.Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2019-cu ilin birinci yarımilliyində 559 nəfər işlə təmin olunmuşdur ki, bundan 534 nəfəri daimi işlə təmin olunanlardır.Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “DOST İş Mərkəzi” MMC-nin vasitəsi ilə rayonumuzda ictimai işlərə 355 nəfər işaxtaran vətəndaş cəlb edilmişdir.Cənab Prezidentimizin diqqət mərkəzində saxladığı məsələlərdən biri olan əhalinin özünüməşğulluğunun təmin olunması ilə əlaqədar rayon Məşğulluq Mərkəzi tərəfindən 32 nəfər biznes ideyalarına uyğun olaraq ailə kəndli təsərrüfatının yaradılması məqsədi ilə təlimlərə cəlb olunmuş, təlimə cəlb olunanlardan 16 nəfər təlimi başa vurmuşdur. Hazırda 16 nəfər iştirakçının 2-ci qrupda təlim kursu davam edir.Rayonda sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2019-cu ilin 6 ayında Kürdəmir rayonunun 6 sahibkarına 897 min manat məbləğində kredit verilmiş və nəticədə 59 yeni iş yeri yaradılmışdır.Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafına diqqət artırılmışdır. Bu il 11300 hektardan çox sahədə yazlıq bitkilər əkilmiş, sahələrin becərilməsinə 18 mindən çox işçi cəlb olunmuşdur. Əvvəlki illə müqayisədə qarğıdalı, soya, günəbaxan əkinlərinin sahəsi artırılmışdır. Hesabat dövründə 1475 hektarda yonca, 915 hektarda kartof, 1700 hektarda tərəvəz, 3200 hektarda bostan, 50 hektarda günəbaxan, 30 hektarda yerfındığı, 101 hektarda soya becərilmişdir. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, yazlıq əkinlərin məhsuldarlığının bu il daha yüksək olacağı gözlənilir.Rayonda pambıqçılığın inkişafı sahəsində məqsədyönlü işlər görülür, pambığın ixracyönümlü məhsul olduğunu, pambıqçılığın əhalinin işlə təmin olunmasında əsas sahələrdən olması nəzərə alınaraq bu il 2809,2 hektar sahədə pambıq əkilmiş, sahələrdə əsasən normal bitki alınmış, hazırda 3-cü kompleks becərmə işləri aparılır. Pambıq sahələrində ziyanvericilərə qarşı mübarizə işi təşkil olunmuş, 2000 hektar sahədə mənənə və tripsə, 140 hektar sahədə alaq otlarına qarşı kimyəvi mübarizə aparılmışdır. Hazırda pambıq sovkasına qarşı mübarizə işləri aparılır, bioloji mübarizə sahəsində işlər davam etdirilir.Bu ilin məhsulu üçün ötən ilin payızında 48046 hektar sahədə taxıl, o cümlədən 18120 hektarda buğda, 29926 hektarda arpa əkilmiş, taxıl sahələrinə lazımi aqrotexniki qulluq göstərilmiş, əvvəlki illərdəkindən 3 dəfə çox mineral gübrə verilmişdir. Taxıl biçini əsasən optimal müddətdə aparılmışdır. 162 min ton taxıl, o cümlədən 62,5 min ton buğda, 99,5 min ton arpa istehsal olunmuşdur ki, bu da ötən ildəkindən 35,6 min ton çoxdur. İlk dəfədir ki, rayon üzrə taxılın orta məhsuldarlığı 33,7 sentner olmuşdur. Hazırda taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülür. Bu ilin yazında 537 hektaradək dənlik qarğıdalı əkilmiş və yüksək məhsuldarlığı təmin edən, müasir texnologiya ilə becərilməsi təşkil olunmuşdur.Qarğıdalı əkinlərinin vəziyyəti göstərir ki, hər hektardan 100 sentnerdən çox qarğıdalı dəni götürüləcəkdir və bu da 5 min tondan çox taxıl deməkdir.Rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə ümumilikdə 238500 ədəd tut tingi əkilmiş, bu il 249 kümçüyə 825 qutu barama qurdu verilmiş, rayon üzrə 22652 kiloqram barama tədarük edilərək “Azəripək” MMC-yə satılmışdır. Bu da əvvəlki ildəki göstəricidən 2250 kq çoxdur. Kümçülərdən Qocalı kəndindən Nahid Budaqov 315 kq, Carlı kəndindən Neyman Həmzəyev 297 kq, Şahbəyli kəndindən Ələmdar Tarverdiyev 249 kq, Köhünlü kəndindən Ruhiyyə Məmmədova 244 kq, Sovla kəndindən Baxış Cəfərov 224 kq, Qarasu kəndindən Neymət Abuşov 224 kq barama təhvil vermişlər.Bu il tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 12 hektarda müasir istixana qurulmuş, əlavə 7 hektar xırda istixanalarda tərəvəz yetişdirilir. Müasir istixanaların sahəsinin 400 hektara çatdırılması üçün hazırlıq işləri aparılır.Rayonumuzda iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədi ilə 14573 hektar dövlət fonduna məxsus torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və həmin torpaqlarda 5 aqropark yaradılmışdır.Hazırda aqroparklar tərəfindən infrastrukturların yaradılması, torpaqların yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması, məhsul saxlama anbarlarının və digər zəruri tikililərin tikintisi, maddi-texniki bazasının genişləndirilməsi sahəsində işlər görülür.Bu il aqroparklar tərəfindən 7000 hektaradək sahədə dənli bitkilər və 1090 hektarda pambıq və digər yazlıq əkinləri aparılmışdır. Kənd təsərrüfatının inkişaf etdirilməsində və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Rayonumuzda torpaqların su təminatının yaxşılaşdırılması sahəsində xeyli işlər görülmüşdür. Bu ilin birinci rübündə 462,7 km uzunluqda kanallar, 110 km dren kollektorları lildən təmizlənmiş, 2,1 km latok kanal, 115 hidrotexniki qurğu cari, 5 nasos və 2 nasos stansiyası əsaslı təmir edilmişdir. Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 65371 başa, qoyun və keçilərin sayı 138406 başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin birinci yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 16,0 faiz, süd istehsalı 3,8 %, yumurta istehsalı 9,0 faiz, yun istehsalı 4,1 % artmışdır. Rayonda məhsuldar cins heyvanların çoxaldılması tədbirləri davam etdirilir. Lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 650 başa çatdırılmışdır. Rayonda bu ilin birinci yarımilliyində 1235 baş mal süni mayalandırılmış, 631 baş cinsi yaxşılaşdırılmış bala alınmışdır. Dövlət Proqramının icrası ilə əlaqədar 2019-cu ilin birinci yarımilliyində respublika əhəmiyyətli avtomobil yolunun Kürdəmir şəhəri daxilindən keçən hissəsində və yerli əhəmiyyətli avtomobil yollarında 15503 m2 sahəsində asfat-beton qarışığı ilə çala təmiri işləri aparılmışdır.Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq uzunluğu 34,5 km olan yerli əhəmiyyəti Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yol-tikinti işləri başa çatdırılmış, 34,5 km məsafədə 1-ci və 2-ci qat asfalt örtüyü vurulmiş, hazırda yol çiyinlərinin bərkidilməsi və yol nişanlarının qoyulması işlərinə başlanılmışdır. 2019-cu ilin yanvar-iyun aylarında uzunluğu 37,2 km olan yerli əhəmiyyətli Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunda 27784 m3 torpaq işləri görülmüş, sahəyə karxana və optimal qum çınqıl materialı tökülərək avtoqreyderlə hamarlanmış və ağır katokla kipləşdirilmişdir. Yolda 105600 m2 sahədə asfalt-beton işləri görülmüş, hazırda işlər davam etdirilir.Uzunluğu 14,5 km olan yerli əhəmiyyətli Şilyan-Qarasu avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yol-tikinti işləri başa çatdırılmış, 1-ci və 2-ci qat asfalt örtüyü vurulmuş, hazırda yol çiyinlərinin bərkidilməsi və yol nişanlarının qoyulması işlərinə başlanılmışdır. 3,75 km Yenikənd-Dəyirmanlı avtomobil yolunda yenidənqurma işləri aparılmış, 1-ci qat 3,75 km məsafədə asfalt örtüyü vurulmuşdur.Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.Rayonun elektrik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 2019-cu ilin birinci yarımilliyində 35/10 kv-luq Şirvan yarımstansiyasında yağ açarları cari təmir edilmiş, 10 ədəd yanmış 10/0,4 kv-luq transformatorlar yenisi ilə əvəz olunmuş, 14 ədədi cari təmir olunmuş, rayon mərkəzində və ayrı-ayrı kəndlərdə 19500 metr açıq naqillər SİP kabellə əvəz olunmuşdur.Rayon ərazisində 705 abonentin sayğacları həyətyanı sahələrdən çıxarılaraq müasir tipli elektron sayğaclarla əvəz olunmuş, 47 ədəd yararsız dayaqlar yeni dayaqlarla əvəz edilmişdir. Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən 2019-cu ilin 6 ayında qaz təchizatı sahəsində bir sıra işlər yerinə yetirilmişdir.2019-cu ilin 6 ayı ərzində istehlakçılara 2,5 milyon manat dəyərində təbii qaz satılmış, ondan 2,7 milyon manatlıq dəyəri, yəni 106 faizi ödənilmişdir.2019-cu ilin 6 ayı ərzində müxtəlif diametrli 2235 p/m qaz xətti yenisi ilə əvəzlənmiş, xidmət sahəsində olan 182 ədəd qaz tənzimləyicilərinə və siyirtmələrə hər ay texniki xidmət göstərilmişdir.Rayonun qazlaşdırılmamış Qarabucaq qəsəbəsində daşıyıcı boru xətləri və mənzillərə qazın veriməsi üçün borular işlənilmiş, yaxın zamanda sayğaclaşma işlərinə başlanılacaqdır. Digər Qarabucaq və Qurdbayram kəndlərinin qazlaşdırılması ilə əlaqədar layihə-smeta sənədləri hazırlanmış, yaxın günlərdə yaşayış məntəqələrinin qazlaşdırılmasına başlanılacaqdır və bununla da rayonumuzda qazlaşma işləri 100 faizə çatdırılacaqdır.2019-cu ilin birinci rübündə Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Şəhərə gələn mərkəzi su xətlərində müxtəlif siyirtmələr yenisi ilə əvəz edilmiş, küçə xətlərində su sızmalarının qarşısı alınmış, xətt boyunca təmir işləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 mart tarixli sərəncamına uyğun olaraq Kürdəmir rayonunda “Xalça istehsalı emalatxanası”nın əsas tikinti işləri başa çatdırılmış, hazırda ərazidə abadlaşdırma işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzində restoran, yeməkxana, çay evi və “ASAN xidmət”in əsas binasının tikintisi başa çatdırılmış, hazırda xarici və daxili divarların üzlənməsi və kommunikasiya xətlərinin montajı işləri aparılır. Ərazidə abadlıq işlərinə başlanılmışdır.“Azpetrol” yanacaq doldurma məntəqəsinin və motel binasının tikintisi başa çatdırılmış, ərazidə abadlıq işlərinə başlanılmışdır.Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən rayon ərazisində məskunlaşmış 563 məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayonun Xırdapay kəndinin ərazisindən 13 hektar torpaq sahəsi ayrılmış, hazırda 17 ədəd 4 mərtəbəli ictimai yaşayış binalarında, 432 şagird yerlik məktəb binasında, 140 yerlik uşaq bağçası binasında, klub-icma binasında, inzibati binada, tibb məntəqəsində dəmir beton konstruksiyaların tikintisi başa çatdırılmış, divar və arakəsmələrin hörgüsünə başlanılmışdır. Ərazinin təbii qaz ilə təminatı məqsədi ilə 31,5 km məsafədə xarici qaz xətti, 3,2 km məsafədə isə daxili qaz xətti çəkilmişdir. 3832 p/m məsafədə məhəllədaxili yollar tikilmiş, 366 metr məsafədə xarici su xətti, 1870 p/m məsafədə sahədaxili içməli su xətti, 1717 p/m kanalizasiya xətti çəkilmişdir.Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Respublika Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Bağman kəndində 80 şagird yerlik tam orta, Öyləqulu və Təklə kəndlərində isə hər birində 80 şagird yerlik modul tipli ümumi orta məktəbdə tikinti-quraşdırma işləri başa çatdırılmış, məktəblərdə son tamamlama, ərazidə isə abadlıq işləri aparılır. Azərbaycan Respublikası Təhsil Nazirliyinə 2019-cu il üçün ayrılmış vəsait hesabına Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə əsaslı təmir işlərinə başlanılmışdır.Qarasu kənd tam orta məktəb binasının tikintisi ilə əlaqədar topoqrafiya işləri aparılmış, layihə-smeta səndləri hazırlanmış, rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu il 10 fevral tarixdən rayonda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış, 74097 nəfər tibbi müayinədən keçirilmiş, onlardan 3363 nəfəri ambulator, 344 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 191 nəfəri Bakı şəhərinə göndərilmiş, 4 nəfəri üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil etmiş, Möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirmişdir. Heydər Əliyev Mərkəzində müntəzəm olaraq Ulu Öndərimizin irsini öyrənmək məqsədi ilə dəyirmi masalar, konfranslar və dərslər təşkil edilmişdir. Hesabat dövründə gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə göndərilməsi və qarşılanması bayram əhval ruhiyyəsində təşkil olunmuş, “Açıq qapı” günlərində hərbi hissələrə səfərlər edilmişdir.2019-cu ilin “Nəsimi” ili elan edilməsi ilə əlaqədar olaraq məktəblərdə aidiyyatı təşkilatlarla birgə müxtəlif mövzularda tədbirlər keçirilmişdir.
Məruzə ətrafında Kürdəmir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsini icra edən Mətləb Kərimov, rayon Məşğulluq Mərkəzinin direktoru İlham Həmidov, Kürdəmir rayonu üzrə Maliyyə idarəsinin rəisi Ayaz Cəbrayılov, DSMF-nun Kürdəmir rayon şöbəsinin müdiri Elçin Abasov çıxış edərək rayonda görülmüş işləri yüksək dəyərləndiriblər.
Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2019-cu ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.