Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin istixana təsərrüfatlarında məhsul istehsalı 7 dəfə artıb

18 iyul 2019 | 16:00

Kürdəmir, 18 iyul, AZƏRTAC

Kürdəmir rayonunda cari ilin 6 ayında istixanalarda istehsal olunan tərəvəz məhsulları ötən ilin müvafiq dövründəkindən 7 dəfə çoxdur. İstixanalarda əsasən pomidor və xiyar məhsulları yetişdirilir.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, ilin birinci yarısında istehsal olunan 9 min 447 ton tərəvəz məhsullarının 1345 tonu və ya 14,2 faizi istixanaların payına düşür. Rayonda tərəvəz məhsullarının istehsalında istixana təsərrüfatlarının payı ildən-ilə artır.

Qeyd edək ki, son illər bölgədə istixana təsərrüfatlarına maraq çoxalıb. Xüsusilə Muradxan, Mollakənd və bir sıra digər ərazi dairələrində sakinlər müasir texnologiyalar əsasında yaradılan bu cür təsərrüfatların sahəsini ildən-ilə genişləndirirlər.

Keçidlər