Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Şəhid Sübhi Mahmudov anılıb

16 iyul 2019 | 16:00

İyulun 15-də rayonun Dayıkazımlı kəndində Şəhid Mahmudov Sübhi Əhmədağa oğlunun anım mərasimi keçirilib.
Mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsinin sədri Fərəc Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşları, Şəhidin döyüş yoldaşları və kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsinin sədri Fərəc Dadaşov tədbir iştirakçılarını Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ceyhun Cəfərovun adından salamladı və  bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daima Qarabağ müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi əlillərinə  və Şəhid ailələrinə yüksək diqqət və qayğı göstərirlər. Fərəc Dadaş bu istiqamətdə Kürdəmir rayonunda görülən tədbirlərdən də geniş məlumat verdi.
Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsi tərəfindən təsis edilmiş fəxri diplom və Şəhid Süphi Mahmudova (ölümündən sonra) verilmiş veteran medalı Şəhidin anası Qəndaf Mahmudovaya təqdim etdi.
Şəhidin anası Qəndaf Mahmudova,döyüş yoldaşları və ona dərs demiş müəllimlər öz çıxışlarında şəhidin vətənpərvərliyindən, onun keçdiyi həyat və döyüş yolundan söhbət açdılar, onunla bağlı xatirələrini bölüşdülər.
Şəhidin anası Qəndaf Mahmudova onlara, eləcə də bütün şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə Ölkə Başçısına və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirdi.

Keçidlər