Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbirlər davam edir

01 may 2013 | 15:00

Kürdəmir  rayon İcra Hakimiyyəti YAP Kürdəmir rayon təşkilatı ilə birgə 30 aprel 2013-cü il tarixdə Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 90 illik  yubileyi  münasibətilə “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda  elmi-praktiki konfrans keçirdi.
        Konfrans iştirakçıları ilk öncə Ulu Öndərin adını daşıyan parka gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
        Sonra elmi-parktiki konfrans “Gənclər Evi” nin  akt  zalında  öz işinə başladı.
        Konfransın işində YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli iştirak etdi.
        Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ağali  Kərimli   bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz – dövlətçilik  tariximizə xilaskar kimi daxil olmuş  və respublikamıza rəhbərlik etdiyi bütün  dövrlərdə bu missiyanı çox böyük uğurla yerinə yetirmiş  Ulu Öndərimiz Heydər Əliyevin  keçdiyi həyat yolundan  söz açdı.O, vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev  Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi,   mədəni və digər sahələrlə yanaşı gənclərlə aparılan işi  daim önə çəkmişdir. Natiq  qeyd etmişdir ki, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ağali Kərimli gəncləri qarşıdan gələn Prezident seçkilərində  aktiv olmağa, onları müstəqil dövlətimizin işıqlı  gələcəyi, xalqımızın hərtərəfli tərəqqisi naminə Ulu Öndər ideyalarını böyük uğurla həyata keçirən  cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.
     Giriş sözündən sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa etmişlər.
     Elmi-praktik konfransda YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Tarverdiyev “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir”, YAP rayon təşkilatının gənclərlə iş üzrə təlimatçısı, rayon təşkilatının şura üzvü Məhəmməd Heydərli “Heydər Əliyev Azərbaycan gəncliyinin böyük  dostu  və himayədarıdır”, Gənclər və İdman İdarəsinin rəsi Zaur Həsənov “Heydər Əliyev və dövlət gənclər siyasəti”,  Əhalinin Sosial Müdafiəsi Mərkəzinin aparıcı məsləhətçisi Elşad Qurbanov “Heydər Əliyev və müasir gənclik”  mövzularında çıxışlar  etmişlər.Onlar vurğulamışlar ki, Ulu Öndər Heydər Əliyevin cəmiyyət və dövlət quruculuğu prosesində gənclərlə iş sahəsinə xüsusi diqqət yetirməsi, Azərbaycan gənclərinin müstəqil dövlətimizin tərəqqisi naminə təşkilatlanması, səfərbər edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Natiqlər bu gün  ölkə rəhbəri cənab Prezident  İlham Əliyevin bu siyasəti çox böyük uğurla davam etdirməsinin  müstəqil və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu vurğulamışlar. Onlar gənclərimizin bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək ölkəmizin uğurlu gələcəyi naminə çalışacaqlarını qeyd etmişlər.
     Sonda Ağali Kərimli  tədbir iştirakçılarını və onların simasında rayonun bütün gənclərini  Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi  münasibətilə təbrik edərək  rayon gənclərini yubiley tədbirlərində fəal iştirak etməyə dəvət etdi.

Keçidlər