Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif edilmiş bir qrup kürdəmirliyə medallar təqdim olunub

09 iyul 2019 | 16:00

İyulun 9-da rayon icra hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənablarının  27 may 2019-cu il tarixli Sərəncamına əsasən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Şükürov Əşrəf Xancan oğluna, əmək qəhramanı Osmanova Sevil İdris qızına və Kürdəmir Meloservis idarəsinin rəisi Məmmədov Talıb Sırac oğluna  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı” təqdim olunub.
Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qeyd edib ki, bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Ceyhun Cəfərov bu yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə onları təbrik etdi, onlara can sağlığı, çətin və çoxsahəli fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
Sonda Əşrəf Şükürov,Talıb Məmmədov və Sevil Osmanova öz sevinclərini tədbir iştirakçıları ilə bölüşərək  göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər