Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdəki ailə fermer təsərrüfatında innovativ texnologiyaya maraq artır

04 iyul 2019 | 16:00

Kürdəmir, 4 iyul, AZƏRTAC

Kürdəmir rayonunun Mehdili kənd sakini Rəvan Nəsirova məxsus ailə fermer təsərrüfatı pambıqçılıqla məşğul olur. Ötən mövsümdə 5 hektar sahədə pambıq yetişdirən ailə 13,5 ton məhsul istehsal edib. Ailə cari mövsümdə də 5 hektarda çiyid səpini aparıb və hazırda sahələrdən kompleks becərmə tədbirləri həyata keçirilir.

Təsərrüfatın başçısı Rəvan Nəsirov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda aparılan islahatlar, fermerlərə göstərilən dəstək bizim üçün ənənəvi sahə olan pambıqçılığın inkişafına gözəl şərait yaradıb.

“Bu mövsümdə də əkin apardığımız sahələrdə bol məhsuldan xəbər verən yaxşı çıxış alınıb. Hazırda lazımi becərmə işlərini ardıcıl olaraq aparırıq. Əldə etdiyimiz təcrübə, dövlət dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatın bu sahəsini ildən-ilə genişləndirməyə ruhlandırır”, - deyə o bildirib.

Cari ildə hər hektardan azı 35 sentner məhsul götürmək əzmində olduğunu söyləyən kürdəmirli fermer pambıqçılığın böyük zəhmət tələb edən sahə olduğunu vurğulayıb. O, innovativ texnologiyaya, bununla əlaqədar Ucar rayonundakı təcrübə aparılan Çin texnologiyasına böyük maraq göstərdiyini söyləyib.

Keçidlər