Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə kənd yolları əsaslı təmir olunur

25 iyun 2019 | 16:00

Respublikamızın hər yerində olduğu kimi Kürdəmir rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən hazırda Kürdəmir rayonunda Şilyan-Qarasu, Karrar–Bağman–Böyük Kəngərli, Pirili-Muradxan-Sor-Sor  və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yollarında tikinti işləri aparılır. 
Uzunluğu 14,3 km olan dördüncü dərəcəli Şilyan-Qarasu yolunda asfalt örtüyü salınır. Artıq iki aydır ki, işlərə start verilib. Bu günə qədər 3 km məsafədə asfalt örtüyü salınıb və əlavə olaraq yolun 5 km hissəsi asfalt örtüyü vurulması üçün hazır vəziyyətə gətirilib. Yolun tikintisinə 15-dən çox ağır texnika və 40 yaxın işci qüvvəsi cəlb olunub və Baş Şirvan kollektorunun üzərindən keçən hissəsində aşırımı 31,6 metr olan yeni körpü salınıb.
Şilyan-Qarasu yolunun tikilməsi ilə iki kəndin on mindən çox əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq, bölgədə kənd təsərrüfatının inkşafına təkan verəcəkdir.
Rayonda Şilyan-Qarasu yolu ilə yanaşı daha üç yolun, 34,5 km-lik Pirli-Muradxan-Sor-Sor, 37,2 km-lik Karrar-Bağman-Böyük Kəngərli və 3,75 km-lik Yenikənd-Dəyirmanlı yolunun tikintisi aparılır.

Keçidlər