Kürdəmirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə bayram tədbiri keçirilib
İyunun 22-də rayon ərazisində yerləşən “N” saylı Hərbi Hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, ziyalılar, rayonun mədəniyyət və incəsənət ustaları iştirak ediblər.
İlk öncə “N”- saylı Hərbi Hissənin şəxsi heyyətini Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli salamladı və öz çıxışında vurğuladı ki, Azərbaycanda ordu quruculuğu işi 1993-cü ilin iyun ayında ,Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra baş tutdu. Azərbaycan ordusu Ümummilli Lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşdı, qəhrəman, cəsur və döyüşkən bir orduya çevrildi. Bu gün, Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü , ən intizamlı və dünya standartları səviyyəsində təchiz olunmuş nəhəng hərbi qüvvəsi olmaqla , müasir tələblərə cavab verən , hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malikdir. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan Ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də işğal olunmuş ərazilərimizi qısa müddətdə düşməndən azad etməyə qadirdir. Yaxın gələcəkdə torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.
Tədbir rayon Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən hərbi hamilik koordinasiya şurası üzvlərinin rəngarəng konsert proqramları ilə davam etdirilib.
Sonda hərbi hissənin nümayəndələri çıxış edərək rayon rəhbərliyinə və musiqiçilərə, ümumilikdə tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.