Kürdəmir şəhərinin küçə və prospektləri abadlaşır
Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Kürdəmir rayonunda geniş tikinti, abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Belə ki, şəhərinin küçə və prospektləri tikinti meydançasını xatırladır, istinad divarları milli memarlıq üslubunda tikilir, müasir işıq dirəkləri quraşdırılır, divarlar ağlay materialı və keramik tavalarla üzlənir, piyada yolları mozaik beton elementlərlə bəzədilir.
Qısa müddət ərzində yaşayış və inzibati binaların fasad hissələri xüsusi materialdan üzlənərək dam örtükləri dəyişdirilmiş, küçələrə yeni bardürlər düzülmüş, yeni səkilər salınmış və asfalt-beton örtük vurulmuşdur. Şəhərinin prospekt və küçələrində yenidənqurma və abadlaşdırma işləri ilə əlaqədar müasir işıq dirəkləri quraşdırılmış, divarlar ağlay materialı və keramik tavalarla üzlənilir, piyada yolları mozaik beton elementlərlə bəzədilir, divarların müasir dizayna uyğun üzlənmə işləri aparılır.
Kürdəmir şəhərinin Gülbuta Orucova küçəsində 3 ləçək formalı yol nizamlayıcı dairə tikilmiş, dekorativ işıqlanma sistemi və müasir işıq dirəkləri quraşdırılmış, divarlar müasir dizayna uyğun ağlay materialı ilə üzlənilir, piyada yolları mozaik beton tavalarla düzəldilir, yeni asfalt örtüyü vurulur.
Hal-hazırda küçədə istinad divarları milli memarlıq üslubunda tikilir, divarlar ağlay materialı və keramik tavalarla üzlənir, piyada yolları mozaik beton elementlərlə bəzədilir.
Bundan əlavə şəhərin Aşıq Əhməd, Nizami, X.İslamzadə küçələrinin yenidən qurulması və abadlaşdırılması üçün bardür düzülmüş, divar hörülmüş, tamet döşənmiş, aqlay materialı ilə üzləmə aparılmış, ərazilərin görkəmi tamamilə dəyişmişdir.
Hazırda rayonda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması və eyni zamanda şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması sahəsində işlər uğurla davam etdirilir.