Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında tibb işçilərinin peşə bayramı qeyd edilib
İyunun 17-də Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının akt zalında tibb işçilərinin peşə bayramı qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli tibb işçilərini əlamətdar gün münasibətilə təbrik edərək, rayonun səhiyyə sahəsində qazanılan uğurlardan danışıb.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi əvəzi Eynulla Novruzov çıxış edərək tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat verdi. Bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan səhiyyəsinin inkişaf səviyyəsini yüksəltmişdir.
Çıxış edənlər ölkə rəhbəri cənab İlham Əliyevə və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Kürdəmir səhiyyəsinə göstərdikləri xüsusi diqqət və qayğılara görə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup tibb işçilərinə uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı adından fəxri fərmanlar təqdim edilib.