Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Azərbaycançılıq məfkurəsi və gənclik” mövzusunda dəyirmi masa keçirilib

13 iyun 2019 | 16:00

İyunun 13-də rayonun Gənclər evində Azərbaycançılıq məfkurəsinin gənclər  arasında təbliğ  edilməsi məqsədi ilə “Azərbaycançılıq  məfkurəsi  və gənclik” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbir  iştirakçıları  əvvəlcə  Ulu  Öndər  Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Kürdəmir Gənclər evində təşkil olunan tədbirin açılışında dövlət himni səsləndirilib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə  çıxış  edən  Kürdəmir  rayon  İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli tədbir iştirakçilarını salamlayaraq  onları Milli Qurtuluş günü münasibəti  ilə təbrik etdi və ölkəmizdə  gənclər  siyasətinin  əsasının  Ümummilli Liderimiz  Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu  Öndərin  gənclərin  imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində   həyata   keçirilən   tədbirlərə   xüsusi   önəm  verirdiyini, bu  siyasəti  müstəqil  Azərbaycan  dövlətinin  fəaliyyətinin  ən  mühüm  istiqamətlərindən  biri kimi dəyərləndirdiyini bildirdi.
Tədbirdə çıxış edən Azərbaycan Respunlikası Gənclər və idman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektor müdiri Əli Məmmədov Heydər Əliyevin azərbaycançılıq ideologiyasının milli birlik yaratdığını söyləyərək ölkəmizin  ictimai-siyasi həyatında baş verən proseslərdə gənclərin rolundan danışıb. O, bu  gün  gənc  nəslin  milli mənlik şüurunun inkişaf etdirilməsi,  onlarda vətənpərvərlik hisslərinin  artırılması  istiqamətində  cəmiyyətin  hər  bir  üzvünün üzərinə çox mühüm vəzifələr düşdüyünü vurğulayıb.
Tədbirdə çıxış edən Respublika veteranlar kəşkilatının sədr müavini Çəlil Xəlilov , Təxris olunmuş hərbiciləri gənclərin maarifləndirilməsi ictimai birliyinin sədri Emil Həsənli və Aprel doyüşlərinin qazisi Anar Məmmədov Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçiliyimizin inkişafı və xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işlərdən, onun xllaskarlıq missiyasından, uzaqgörən siyasətindən ətaraflı danışıblar.
Çıxışlarda qədim tarixi kökləri olan Azərbaycan xalqının milli-mədəni irsinin qorunub saxlanmasında gənclərin üzərinə düşən vəzifələr xüsusilə qeyd edilib.

Keçidlər