Sığırlı kəndində növbəti səyyar qəbul keçirilib
İyunun 12-də rayonun Sığırlı kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov cənab Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən icra orqanlarının rəhbərlərinin, dövlət məmurlarının əhali ilə bilavasitə yerlərdə görüşlərinin təşkil olunmasını çox mühüm amil kimi yüksək qiymətləndirib.
Səyyar qəbulda sakinlərin elektrik enerjisi, kəndarası yolların təmiri, torpaq məsələləri, təhsil, səhiyyə və digər məsələlərin həlli ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyəti təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.