Kürdəmirdə pambığın kompleks becərilməsi işləri uğurla aparılır
Cari mövsümdə Kürdəmir rayonunda 2809,2 hektar sahədə pambıq əkilib. Əkin aparılan sahələrdə yüksək aqrotexniki tədbirlər həyata keçirilir və pambığın ikinci və üçüncü kompleks becərilməsi işləri aparılır.
Kürdəmir rayonunun Qocalı kəndi ərazisində fermer Nahid Budaqov 30 hektar sahədə pambıq becərir. Ötən mövsümdə 20 hektar sahədə pambıq yetişdirən fermer 38,2 ton məhsul təhvil verib ki, bu da hər hektara 19,1 sentener məhsul deməkdir. Cari ildə fermer hər hektardan azı 30 sentner məhsul götürmək əzmindədir.
Fermer Nahid Budaqov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda aparılan islahatlar, fermerlərə göstərilən dəstək ənənəvi sahə olan pambıqçılığın inkişafına gözəl şərait yaradıb.Kürdəmirli fermer bildirib ki, pambıqçılıq böyük zəhmət tələb edən sahədir. “Əldə etdiyimiz təcrübə, dövlət dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatın bu sahəsini ildən-ilə genişləndirməyə ruhlandırır.