Kürdəmir rayon Mərkəzi Xəstəxanasında görkəmli oftomoloq, akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibəti ilə elmi-nəzəri konfrans keçirildi
2013-cü il 27 aprel tarixində Kürdəmir rayon Mərkəzi Xəstəxanasında görkəmli oftomoloq,akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibəti ilə elmi-nəzəri konfrans keçirildi.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Mikayılov, rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elşən Əzizov və səhiyyə işçiləri iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açıq elan edən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Feyzullayev görkəmli oftomoloq,akademik Zərifə Əliyevanın qəlbimizdə daimi olaraq yaşayacağını əminliklə vurğuladı. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu,onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazıldığını və gələcəkdə də yazılacağını bildirdi.
Bundan sonra digər məruzələr dinlənildi.Sabir Novruzov,Vidadi Muradov və Babək Tahirov məzmunlu çıxışları ilə Zərifə Əliyeva şəxsiyyətini görkəmli oftomoloq kimi əldə etdiyi nailiyyətləri,elmi araşdırmaları və digər çoxsaylı uğurları barədə iştirakçılara ətraflı məlumatlar verdilər.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Mikayılov çıxış edərək konfrans iştirakçılarına Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin salamlarını çatdırdı.Natiq çıxışında qeyd etdi ki, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi,mənəvi dünyası,oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki,onun fəaliyyətinə nəzər salarkən,bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur.Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsi olduğunu vurğuladı.
Elmi-nəzəri konfransa yekun vuran baş həkim Nizami Feyzullayev bir daha unudulmaz şəxsiyyət və görkəmli oftomoloq Zərifə Əliyevanın əziz xatirəsinə böyük ehtiram nümayiş etdirdi.