Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda barama tədarükünə başlanılıb

05 iyun 2019 | 16:00

Bu gündən Kürdəmir rayonunda yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə kürdəmirli istehsalçılardan 1353 kiloqram yaş barama qəbul olunub. Builki mövsümdə rayonda yaş barama istehsalının ötən illə müqayisədə 13 ton artırılaraq, 33 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar 253 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 825 (15675qram) qutu ipəkqurdu paylanılıb.
Kənd sakinləri əlavə xərc və əziyyət çəkmədən bir aydan bir qədər çox barama qurdlarını tut yarpagı ilə qidalandırırlar. Görülən  işlərin  nəticəsində  və  tədarük    olunan   məhsulun    müqabilində   yüksək   gəlir   əldə   olunur.
Rayonun Qaramahmudlu,  Sovla , Mollakənd, Carlı,  Yenikənd,  Köhünlü,  Qocalı və digər kəndlərində daha çox barama yetişdirlib. Artıq kənd sakinləri ərsəyə  gətirdikləri  məhsulun bar bərəkətini görməyə başalyıblar.
Mövsümün ilk günündə Sovla kəndindən Ərzuman Məmmədov məntəqəyə 115 kiloqram, Qaramahmudlu kəndindən  Əlisa Azayev 111,6 kiloqram, Qocalı kəndindən Sənan Məmmədov 95,4 kiloqram yaş barama təhvil veriblər.
Məntəqədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilib. Kümçülərə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 9 manat ödəniləcək.
Tədarük edilən barama “Azəripək” MMC tərəfindən ayrılmış nəqliyyat vasitəsilə müəssisəyə yola salınıb.

Keçidlər