Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub

04 iyun 2019 | 16:00

İyunun 4-də rayon icra hakimiyyətinin akt zalında Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət etməklə sözügedən sahənin inkişafında müstəsna xidmətləri olmuş dahi şəxsiyyətə ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Su Təsərrüfatı və Meliorasiya İşçilərini peşə bayramı münasibəti ilə təbrik etdi. Ceyhun Cəfərov vurğuladı ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalamışdır. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalamışdır.
Tədbirdə çıxış edənlər dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söhbət açdılar. Bildirildi ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmış, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir.
Tədbirin sonunda su təsərrüfatının inkişafında fəal iştirak edən bir qrup əmək qabaqcılına rayon icra hakimiyyətinin başçısı tərəfindən Fəxri fərmanlar təqdim edilib.

Keçidlər