Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə taxıl biçini davam edir

03 iyun 2019 | 16:00

Kürdəmir rayonunda taxıl biçini uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 19371 hektar sahədə biçin aparıblar.
İndiyədək arpa sahələri biçilir və orta məhsuldarlıq 33,7 sentner təşkil edir.
Qeyd edək ki, kürdəmirli fermerlər 48046 hektar sahədə taxıl yetişdirib. Taxıl əkilən sahələrin 18120 hektarını buğda, 29926 hektarını isə arpa zəmiləri təşkil edir.
Düzgün aparılmış aqrotexniki qulluq, gübrələrdən istifadə, alaq otlarına və ziyanvericilərə qarşı vaxtında aparılan müabrizə nəticəsində bu il Kürdəmir rayonunda məhsuldarlıq daha yüksəkdir.
Taxıl biçininə 145 kombayn cəlb edilib. Rayonun daha çox taxıl əkilən Şilyan , Qocalı, Qarasaqqal , Karrar , Atakişili , Muradxan və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil aparılır və bu yerlərdə fermerlər, eləcə də torpaq mülkiyyətçiləri daha yüksək məhsuldarlığa nail olublar.

Keçidlər