Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib

27 may 2019 | 16:00

Mayın 27-də rayonun  Heydər Əliyev  Mərkəzində  28 May-Respublika Günü münasibətilə  “Şərqin ilk demoktarik  Respublikası-Azərbaycan Xalq Cümhuriyyəti”  mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov , rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və ziyalılar,  idarə,  müəssisə və təşkilatların rəhbərləri,rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin  abidəsi  önünə  gül-çiçək dəstələri düzüblər.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Kürdəmir  şəhər 6 saylı  tam orta məktəbinin  şagirdlərinin  ifasında  təqdim olunan “Azərbaycanım” ədəbi-bədii  kompozisiya  tədbir  iştirakçıları tərəfindən maraqla qarşılandı.
Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət kimi” mövzusunda şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Ülviyyə Şükürova, ”Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan qadını“ mövzusunda şəhər 3 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əsbət Müsayeva, “Azərbaycan Xalq Cümhuriyyətinin suqutu tarixi şəraitin zərurəti idi”  mövzusunda  Gənc Könüllü Sahilə Müseyibova, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” mövzusunda N saylı  hərbi hissənin zabiti, mayor Şamo Rəsulov məruzələrlə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikası Ulu Öndərimiz Heydər Əliyevin parlaq ideyaları , dahi öndərin siyasi davamçısı ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində daim tərəqqi edib çiçəklənəcək, öz müstəqilliyini möhkəmləndirəcək, Ümummilli Liderimizin dediyi kimi , əbədi və dönməz edəcəkdir. Həmçinin dərin minətdarlıq hissi ilə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev irsinin həyata keçirilməsi, onun ideyalarını reallaşdırılması Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində reallığa çevrilib.
Tədbiri öz çıxışı ilə yekunlaşdıran Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Respublika günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, 1918–ci ildə Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin – müstəqil Azərbaycan dövlətinin rəsmən yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi  23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə,onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil  demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Elm, təhsil, siyasət, dil, ədəbiyyat, səhiyyə, demokratik qanunlar, milli ordu, milli  valyuta və.s sahələrdə aparılan islahatlar verilmiş qərarlar və qanunlar qısa zamanda demokratik dövlətimizin, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda varlığını bəlli etdi. Lakin xarici düşmən qüvvələr, xüsusilə rus – bolşevik hökuməti, daxili antidemokratik qüvvələrlə, düşmənlərlə əlbir olaraq, milli dövlətimizin varlığına son qoydular. 1920–ci ilin aprelin 28–i xalqımızın tarixinə qara ləkə kimi düşdü, yenidən bolşevik – sovet imperiyasının boyunduruğu altına düşdük. Bu əsarət düz 70 il çəkdi. Lakin milli müstəqillik, əsarətdən xilas olmaq, öz müqəddəratını özü təyin etmək, azad, suveren, müstəqil dövlət olmaq arzusu artıq XX əsrin II yarısında baş qaldırdı və bu  arzuda  olan ziyalıllarımız, milli ruhu öz qəlbində gəzdirən insanlarımız milli müstəqillik uğrunda, istiqlaliyyət uğrunda mübarizədən bir an da kənarda qalmadı.Nəhayət  ki,  XX əsrin 80 – ci illərinin sonlarında sovetlər imperiyasında daxili ziddiyyətlərin baş qaldırması, imperiyanın dayaqlarının çökməsi bir çox xalqlara öz müstəqilliyini qazanmaq, milli dövlətini qurmaq xoşbəxtliyini verdi. Azərbaycan xalqı da demokratik qüvvələrin, siyasi liderlərin rəhbərliyi altında müstəqillik uğrunda mübarizəsini gücləndirdi. Və bu siyasi  müstəqillik uğrunda mübarizə yeni müstəqil Azərbaycan dövlətini yaratmaq zərurətini meydana çıxardı. Bütün təzyiqlərə, qan tökülməsinə baxmayaraq, Azərbaycan öz müstəqilliyini təkrarən bərpa etdi. Müstəqil, azad və suveren bir dövlət olduğunu elan etdi, nəhayət ki, arzu olunan milli dövlət yenidən quruldu.        Qarşıda taleyüklü məsələ - Azərbaycan dövlətini qoruyub saxlamaq, xalqı vahid cəbhədə birləşdirərək, həm daxili düşmən qüvvələrə, həm də xarici düşmənlərə qarşı mübarizə aparmaq vəzifəsini ortaya gətirdi.Xalqın təkidi ilə  1993 – cü ilin iyununda ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi milli birlik yaratmaq, dövlətçiliyimizi qoruyub saxlamaq uğrunda fəal mübarizəyə başlaması məhz inkarolunmaz tarixi faktlardır.Heydər Əliyev  1993 – cü ilin 15 iyununda Azərbaycanda qurtuluşun əsl rəhbəri kimi, böyük siyasi lider kimi hakimiyyətə gəldi. Bütün potensialını və siyasi gücünü dövlətçiliyin qorunub saxlanılması üçün həm daxili, həm də xarici təhlükənin aradan qaldırılması üçün səfərbər etdi.Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi dövlətin varlığı üçün ən başlıca zərurət olan siyasi sabitliyi yaratmaqdan, vətəndaş itaətsizliyinə son qoymaqdan, baş alıb gedən anarxiyanın və xaosun aradan qaldırılmasına çalışmaqdan ibarət idi. Dövlətçiliyimizin bərpa olunduğu dövr xalqımızın Qarabağ müharibəsinə istəmədiyi şəkildə cəlb olunması, torpaqlarımızın bir hissəsinin işğal olunması dövrünə təsadüf edir. İdarəetmədə hüquqi bazanı yaratmaq, inkişaf etdirmək, qanunların aliliyini təmin etmək, siyasi və iqtisadi asılılıqdan azad olmaq üçün dövlət islahatları aparmaq, beynalxalq miqyaslı əməkdaşlıq proqramları hazırlayıb, həyata keçirmək, dövlətin strukturlarını yaratmaq, onun fəaliyyət göstərməsi üçün münbit şərait yaratmaq, milli ordu qurmaq, sərhədlərimizin müdafiəsini təşkil etmək, xarici dövlətlərdən iqtisadi və  siyasi asılılığa son qoymaq, beynəlxalq dünya dövlətləri ilə əlaqələr qurmaq və.s Heydər Əliyevin müdrükcəsinə yürütdüyü siyasətin mühüm tərkib hissələrini təşkil edirdi. Ölkəni iqtisadi və siyasi fəlakətdən qurtarmaq üçün daha riskli addımlar atmaq zərurətini ortaya gətirdi.Ulu öndərin dediyi kimi “ Müstəqilliyi qazanmaq asandır, onu qoruyub, saxlamaq isə çətindir”1994 – cü ildə sentyabrın 20 – də  əsrin kontraktı, “Neft” sazişi imzalandı. Dünyanın inkişaf etmiş neft şirkətləri ilə kontrakt bağlandı. Xəzərin təbii ehtiyatlarının, neft və qaz yataqlarının xarici şirkətlərlə birlikdə  işlənməsi ideyası Heydər Əliyev tərəfindən əsl həqiqətə çevrildi, əsrin müqaviləsi – Bakı-Tbilisi – Ceyhan ixrac boru kəmərinin işə düşməsi iqtisadi inkişafımızın demək olar ki, təməlini qoydu. Bu, möcüzə sayılan proyekt Azərbaycan dövlətimizin qüdrətlənməsinə, daha da güclü olmasına təminat yaratdı. Dövlətçiliyimizə qənim kəsilən daxili və xarici düşmən qüvvələr dövlət çevrilişi etməyə, hətta H.Əliyevin həyatına  qəsd etməyə cəhd etməkdən belə çəkinmədilər. 1994 – cü ilin 4 oktyabr, 1995 – ci ilin 17 mart hadisələri yenə də ulu öndərin uzaqgörən  və  müdrük siyasətinin nəticəsində aradan qaldırıldı. Azərbaycanın iqtisadi, siyasi müstəqilliyini qoruyub, saxlamaq, bəynəlxalq miqyasda əməkdaşlıq, kollektiv təhlükəsizlik, antiterror əməliyyatlarında iştirak etmək, regionda sülhün bərqərar olması, qorunub,saxlanması Heydər Əliyevin dövlətçilik kursunun ən mühüm tərkib hissəsini təşkil edir. Hal – hazırda Heydər Əliyev irsinin həyata keçirilməsi, onun ideyalarının reallaşdırılması prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nətcəsində reallığa çevrilmişdir. İqtisadi və sosial inkişafa dair qəbul edilən dövlət proqramlarının yerinə yetirilməsi sahəsində Azərbaycan dövlətinin dayaqları möhkəmlənir, yenilməz olur. Dünyanın siyasi, iqtisadi və sosial problemlərinin həlli istiqamətində beynəlxalq dünya dövlətlərinin iştirakçısına çevrilir. Azərbaycan ölkədə infrastruktur dəyişikliyi, regionların sosial – iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi, dünyaya inteqrasiya, dünyanın enerji təhlükəsizliyi, beynalxalq lahiyələrdə iştirak etmək – bütün  bu saydıqlarımız Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyinin qorunub saxlanılmasında atılmış doğru, düzgün addımdır.Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial – iqtisadi sahədə dövlətlərlə balanslaşdırıcı siyasət, enerji, ərzaq, təhsil, səhiyyə, elm, daxili siyasi sabitliyin yaradılması və.s sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərmiş, hal – hazırda  göstərilməkdədir. Azərbaycanın dövlətçilik ənənələrinin qoruyub saxlanması və inkişaf etdirilməsi Azərbaycan respublikası prezidenti cənab İlham Əliyevin prezident kimi fəaliyyətinin ən başlıca qayəsini təşkil edir. Müstəqil Azərbaycan Respublikası yaşayır, inkişaf edir, möhkəmlənir, dünyanın lider ölkəsinə çevrilməkdədir.Bu gün Respublikanın hər yerində olduğu kimi rayonumuzda da Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülür, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir. Bunların bariz nümunəsidir ki, son dövrlər rayonumuzda Kürdəmir Olimpiya İdman Kompleksi,  Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyətinin yeni inzibati binası, Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının yeni inzibati binası, Bayraq Meydanı, yeni körpələr evi-uşaq bağçası tikilmiş,Tarix-dayarşünaslıq Muzeyi yenidən qurulmuş , 40-dək yeni məktəb binası tikilərək istifadəyə verilmişdir.Hal hazırda cənab Prezdentimizin sərəncamına əsasən rayonumuzda müasir standartlara cavab verən xalça fabrikinin və Asan Xidmət Kompleksinin binasının tikintisi bitmək üzrədir, rayonumuzda məskunlaşmış məcburi köçkünlər üçün 564 mənzillik bütün sosial obyektləri olan şəhərcik salınır. Bütün bunlar onu göstərir ki, paytaxtla yanaşı regionların da inkişafı dövlət başçısının diqqət mərkəzindədir.

Qeyd edək ki, bu gün axşam rayonun Qələbə parkında 28 May-Respublika günü münasibəti ilə rayon incəsənət ustalarının iştirakı ilə bayram konserti keçiriləcək.

 

Keçidlər