Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Elmira Süleymanova Kürdəmirdə ictimai dinləmələr keçirdi

26 aprel 2013 | 15:00

 “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP)  icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədi ilə Kürdəmir  rayonunda ictimai dinləmələr keçiridi.

İctimai dinləmədə  rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, prokurorluq və daxili işlər orqanlarının, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin, habelə milli azlıqların və icmaların nümayəndələri iştirak etdilər.

Kürdəmir rayon Mədəniyyət Evində keçirilən tədbirdə Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Elmira xanım Süleymanova, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev,Millət vəkili Fərhad Qəribov iştirak edirdilər.

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev tədbiri giriş sözü ilə açaraq, Elmira xanım Süleymanovanı salamladı və bu ictimai dinləmənin əhəmiyyətini qeyd etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, Respublikamızda, o cümlədən Kürdəmirdə sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirdi.
  Rayon   rəhbəri  bu  məqsədlə    bir sıra  tədbirlərin  həyata keçirildiyini, Ulu  Öndər  Heydər  Əliyevin  əvəzedilməz  irsinin  daha  mükəmməl öyrənilməsi, onların  gənc  nəsilə  yetərincə  aşılanmsı,  gələcək  nəsillərə  layiqincə  ötürülməsi  məqsədi  ilə  müasir  layihəyə ə sasən  3  mərtəbəli  Heydər Əliyev   mərkəzində  son  tamamlama  işlərinin      aparıldığını,       ərazisi    8.5  hektar   olan   “Heydər Əliyev”   parkında   yeni   layihəyə   əsasən  rekonstruksiya  və  tikinti işləri davam etdirildiyini,  gənclərin  asudə vaxtının   səmərəli təşkili   məqsədi ilə  rayon “Gənclər Evi”  rekonstruksiya olunaraq genişləndirildiyini söylədi. Rayonumuzda xüsusilə gənclər  arasında  hərbi  vətənpərvərlik,  Azərbaycan  dövlətçiliyinə  sədaqət, milli-mənəvi  dəyərlərimizə hörmət   hissinin  tərbiyə olunması,   Azərbaycan  Respublikasının  dövlət  rəmzlərinin  təbliğ edilməsi, Ümummilli  Lider  Heydər  Əliyevin yaratdığı, Möhtərəm  Prezidentimiz İlham Əliyev cənabları  tərəfindən  uğurla  davam  etdirilən-dövlətçilik  siyasətinin əsasını  təşkil  edən  möhkəm  dövlət  intizamı və  qanunçuluğa  söykənən iş prinsipi,  səmərəli  idarəetmə  mexanizmi,  bütün   strukturların  sıx,   qarşılıqlı əlaqəsi tam təmin edildiyini bildirdi.

Dövlət Proqramına uyğun olaraq hazırda rayonda əhalinin içməli su ilə təminatının  daha da yaxşılaşdırılması və eyni zamanda şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması sahəsində işlər uğurla davam etdirlir.

Regionların  sosial-iqtisadi  inkişafı Dövlət Proqramına uyğun olaraq  rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlandırılması, yenidən qurulması və  təmiri  işləri aparılır. Rayonda geniş tikinti, təmir və abadlıq işləri yerinə yetirilir.  Kürdəmir şəhərinin Mərkəzi meydanı,istirahət parkı müasir üslubda təmir edilərək istifadəyə verilmişdir. Heydər Əliyev prospektində bütün yaşayış evlərinin və sosial obyektlərin fasadları, dam örtükləri əsaslı surətdə yenidən qurulmuş, piyadalar üçün səkilər salınmış və asfalt örtüyü döşənmişdir. 
Məruzəçi həmçinin Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən rayonda insan hüquqlarının təmini və MFP-nin icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verdi, bu sənədlə bağlı müvafiq Tədbirlər planının qəbul olunduğunu söylədi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş tədbirlər haqqında geniş danışdı.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Elmira xanım Süleymanova Kürdəmir rayonunda keçirilən bu ictimai dinləmənin əhəmiyyətini vurğuladı, ölkəmizdə əhalinin bütün qruplarının insan hüquqlarının, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsinin dövlətin diqqətində olan  mühüm məsələlərdən olduğunu nəzərə çatdırdı. Respublikamızda, o cümlədən Kürdəmir rayonunda aparılan sosial-iqtisadi islahatları, Regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini müsbət dəyərləndirdi. Ombudsman “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi, 2012-ci ildə MFP-nin icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumatlar diqqətə çatdırdı. Müvəkkil 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili olduğunu vurğuladı, seçki hüquqlarının prioritet məsələ olduğunu, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini qeyd etdi, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin zəruriliyini vurğuladı. Müvəkkil eyni zamanda bəzi problemləri də qeyd etdi, insan hüquqları sahəsində vəzifələrin birgə səylərlə uğurla həyata keçiriləcəyini vurğuladı. O,  rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının təkmilləşdirilməsi və digər zəruri məsələləri müzakirəyə çıxardı.

Müzakirələrdə rayonun məhkəmə sədri, prokuroru, icra məmuru, QHT-lərin, ictimai birliklərin nümayəndələri, qadınlar, gənclər  və digər iştirakçılar çıxış edərək, rayonda MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətində, cinayətkarlıqla mübarizə üzrə tədbirlər, QHT-lərin fəaliyyəti, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat verdilər.

Tədbirdə habelə seçici siyahılarının müntəzəm olaraq təkmilləşdirilməsinin, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, vətəndaşlara öz seçimini etmək və sərbəst toplaşmaq üçün şəraitin yaradılmasının vacibliyini, icra hakimiyyəti orqanları və polisin seçkilərin azad və demokratik keçirilməsinə  müdaxiləsinin yolverilməzliyini qeyd edildi.

Kürdəmir rayon rəhbərliyi və digər iştirakçılar göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər, MFP-nin icrasında maraqlı olduqlarını, bu sənədin həyata keçirilməsini dəstəklədiklərini, rayon üzrə tədbirlər planlarına əsasən, əhalinin bu prosesdə fəal iştirak etdiyini vurğuladılar, səmərəli təklif və tövsiyələrə görə Müvəkkilə təşəkkür etdilər.

Sonda Müvəkkil rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev ilə birgə şikayətçiləri qəbul etdi, müraciətlərini dinlədi, onların məsələlərini öyrənərək, müvafiq tapşırıqlar verdi, bir sıra müraciətlər yerində həllini tapmış və ya səlahiyyətləri çərçivəsində araşdırılması üçün qəbul olunmuşdur.
 

Keçidlər