Kürdəmirdə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində dəyirmi masa keçirilib
Mayın 13-də YAP Kürdəmir rayon təşkilatının qərargahında “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcüd olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli, Məşğulluğa Kömək Əlaqələndirmə Komtisənin üzvləri, rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, rayon həmkarlar komitəsinin nümayəndəsi, rayonun 30 dövlət və qeyri dövlət müəssisə və təşkilatlarından işəgötürənlər iştirak ediblər.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli çıxış edərək Dövlət Məşğulluq Siyasətinin həyata keçirilməsində İşəgötürənlərlə və Məşğulluq Mərkəzi arasında sosial tərədaşlığın mütəmadi olaraq icrasının təmin olunması, əsas məqsəd kimi həyata keçirilməsini qeyd edib.
Sonra Kürdəmir Məşğulluq Mərkəzinin direktoru İlham Həmidov çıxış edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi barədə işəgötürənlərə ətraflı məlumat veriib.“Məşğulluq” altsistemi işəgötürənlərin işçi qüvvəsinə tələbatının çevik şəkildə ödənilməsinə imkan yaradıldığını bildirib.
Tədbir qarşılıqlı müzakirələrlə başa çatıb.