Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi qeyd olunub

10 may 2019 | 16:00

Mayın 10-da Dahi rəhbərin doğum günündə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının,  idarə,müəssisə və təşkilatlarının rəhbərləri, YAP-ın üzvüləri , ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri,rayon sakinləri Ulu Öndərin adını daşıyan  parkda  ucaldılmış Ulu Öndərin abidəsi önünə tər-çiçəklər düzdülər və onun nurlu, işıqlı əziz xatirəsini bir daha ehtiramla yad ediblər.
Mərasim Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ”Şəxsiyyət” adlı dəyirmi masada davam etdirildi. Tədbir iştirakçıları əvvəlcə ”Şəxsiyyət” filminə tamaşa ediblər.
Tədbirdə geniş məruzə ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Ceyhun Cəfərov bildirdi ki, Bu günlər  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü   ölkənin hər bir bölgəsində geniş  surətdə qeyd edilir. Bu gün biz böyük fəxrlə deyə bilərik ki, dünya dövlətləri sırasında nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı Ulu Öndər Heydər Əliyevin vaxtilə yaratdığı möhkəm, etibarlı və möhtəşəm təməl üzərində qurulmuşdur. Zaman göstərdi ki,  Ulu Öndərimizin bütün  addımları gələcəyə hesablanmış, bu günkü azərbaycan xalqının firavan yaşaması üçün atılmışdır. Ulu Öndərimizin Azərbaycan rəhbərliyinə gəlişi sovet  dövrünə təsadüf  edirdi. Bu dövrdə müstəqillikdən danışmaq ölümə bərabər idi. Müstəqil Azərbaycan haqqında yalnız düşünmək olardı. Müstəqilliyin mənəvi, mədəni, iqtisadi  əsaslarını yaratmaq olardı. Heydər Əliyev də bu yolu tutdu. Azərbaycanın inkişafı üçün  sovet   dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa  bir  müddətdə Azərbaycanı  kiçik  xammal  respublikasından  böyük  sənaye  mərkəzinə  çevirdi.  Milli-mənəvi  dəyərlərimiz  inkişaf  etdi. Azərbaycan  vətəndaşı  bir  şəxsiyyət kimi yetişdi və tanındı. Bu gün bu uğur magistralında bizə Ulu Öndərimizin layiqli davamçısı – Azərbaycan Prezidenti, cənab İlham Əliyev kimi vətənpərvər, islahatçı və çevik lider rəhbərlik edir. 2003-cü ildən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deməklə səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı İlham Əliyev Ulu Öndərimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirir.  Artıq Azərbaycan beynəlxalq arenada öz sözünü deməyə qadir olan güclü, qüdrətli bir dövlətdir. Cənab Prezidentimiz ötən dövr ərzində Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkənin bütün sahələrində inkişafı üzə çıxarmışdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir. Artıq Azərbaycan beynəlxalq aləmdə sabit, demokratik ölkə imicini daha da möhkəmləndirmişdir.Elə bunun bariz nümunəsidir ki,  ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, konfranslara və idman yarışlarına ev sahibliyi edir.
Tədbirdə “Heydər Əliyev Azərbaycan xalqının əbədi lideridir” mövzusunda Kürdəmir rayon Ziyalılar cəmiyyətinin sədri Sabir Novruzov, “Heydər Əliyev və Azərbaycan” mövzusunda Karrar kənd tam orta məktəbinin direktoru Mais Bayramov,“Xalqına bağlanan ömür”  mövzusunda şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Ülviyə Şükürova və Kürdəmir Rayon Məhkəməsinin sədri Müseyib Bayramov Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən geniş məruzə ilə çıxış ediblər.


 

Keçidlər