Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir kümçülərinə 825 qutu ipəkqurdu toxumu paylanıb

06 may 2019 | 16:00

 Ötən il Kürdəmir rayonunda 20,4 ton barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.
Qax Damazlıq İpəkçilik Stansiyasından 825 qutu (15 min 675 qram) ipəkqurdu  toxumu  gətirilərək  baramaçılıqla  məşğul olmaq istəyən 210 ailəyə paylanılıb. Cari mövsümdə 33 tondan artıq barama istehsalı nəzərdə tutulub. 
Qeyd edək ki, bir neçə ildir Kürdəmir rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpasına başlanılıb. 2016-cı ildə rayonda 3,6 ton, 2017-ci ildə 11,5 ton  barama  istehsal  olunub. İpəkqurdunun yem bazasının  bərpası  məqsədilə  2016-2018-ci  illərdə  rayon ərazisində 240 min ədəd tut tingi əkilib.

Keçidlər