Çöhranlı kəndində növbəti səyyar görüş-qəbul keçirilb
Aprelin 25-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Çöhranlı kənd inzibati ərazi dairəsinə daxil olan Yeni Şıxımlı və Çöhranlı kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini bildirdi. O, ölkə başçısının bütün bölgələrə, o cümlədən Kürdəmirə göstərdiyi diqqət və qayğısıdan danışdı, rayonda həyata keçirilən layihələrdən söhbət açdı. Ceyhun Cəfərov vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər zaman çox güclü sosial siyasət aparılır. O, cari ilin əvvəlində çox ciddi və böyük sosial paketin təsdiqləndiyini və həmin proqramın 3 milyondan çox insanı əhatə etdiyini diqqətə çatdırıb.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov istər şəxsi, istərsə də kəndlə bağlı müraciəti və təklifi olan sakinlərə öz müraciətlərini etmələrini xahiş edib.
Kənd sakinləri elektrik enerjisi, içməli su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq və digər məsələlər ilə bağlı rəy və təkliflərini veriblər. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Görüş-qəbul zamanı çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.