Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 96 illiyi Kürdəmir rayonunda qeyd olunub

24 aprel 2019 | 16:00

Aprelin 24-də Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında Azərbaycanda oftalmologiya   elminin  inkişafında  müstəsna  xidmətləri  olan  əməkdar  elm  xadimi,  AMEA-nın  ilk  qadın  həqiqi  üzvlərindən biri, tibb  elmləri doktoru, akademik   Zərifə   xanım  Əliyevanın   anadan  olmasının  96 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə   Kürdəmir  Rayon  İcra  Hakimiyyəti  Başçısının   ictimai-siyasi  və humanitar   məsələləri  üzrə    müavini  Vəsilə   Əsgərli,   Kürdəmir   Mərkəzi    Rayon   Xəstəxanasının   Baş   həkimi   Eynulla   Novruzov,  rayonun  səhiyyə  işçiləri və  ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə  Kürdəmir  Rayon  İcra  Hakimiyyəti   Başçısının  ictimai-siyasi  və  humanitar  məsələləri  üzrə müavini Vəsilə Əsgərli çıxış edərək qeyd edib ki, Akademik  Zərifə  xanım  Əliyeva, ictimai  xadim  kimi də səmərəli fəaliyyət göstərib. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycanın Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq  Oftalmoloqlar  Elmi  Cəmiyyəti  Rəyasət Heyətinin üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli adı da ləyaqətlə daşıyıb. Zərifə xanım Əliyeva  yaddaşlarda  gözəl  alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib. 1923-cü  ilin  bir bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi hamımız üçün əzizdir.Onu yaxından tanıyanların hamısı bu zərif və nəzakətli, alicənab və ziyalı azəri xanımını, hər şeydən əvvəl, məhz sadə insan, olduqca səmimi, ölçülü-biçili hərəkət və davranış yiyəsi, böyük mədəniyyət sahibi kimi səciyyələndiriblər. Sadəliyi, xeyirxahlığı sevdirib onu hər kəsə. Kimsənin dərdinə, kədərinə biganə qalmazdı, dara düşənə dayaq olardı, yıxılana söykək... Hamı onu belə tanıyırdı, belə sevirdi... Və... Onu bir nəfər də sevirdi. Amma fərqli məhəbbətlə. Öz sevgisi uğrunda sınaqlardan çıxdığını da sübuta yetirmişdi. Bu, az sonra dünyanın siyasət aləmində imzası ilə seçiləcək böyük azərbaycanlının məhəbbəti idi. Bu, xalqının  Ümummilli  Liderinə  çevriləcək  Heydər Əliyevin sevgisi idi. Bu müqəddəs duyğu onları bir ruh kimi birləşdirəcəkdi, bu sevda iki ürəkdə bir vuracaqdı. Və bu məhəbbət ölüncə idi. Zərifə xanım son nəfəsinədək onu başının tacı kimi qoruyacaqdı.
Tədbirdə  daha  sonra çıxış  edənlər  Zərifə  xanımın  tibb  elmindəki  nailiyyətləri  ilə bərabər, həm  də  sədaqətli  ömür-gün  yoldaşı, gözəl  ana  olmasını  vurğulayıblar. Qeyd  olunub   ki, həkim  kimi   fədakarlığı,  yüksək  vətəndaşlıq   məsuliyyəti,  ailə üzvlərinə  qarşı   səmimiliyi, insanlara  və  onların   problemlərinə  göstərdiyi  qayğı, fəal   həyat  mövqeyi  Zərifə  xanım  Əliyevanı  hər  kəsə  sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.

 

Keçidlər