Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi inşa olunur

20 aprel 2019 | 16:00

Məcburi  köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər  bu kateqoriyadan  olan soydaşlarımızın hər zaman cənab Prezident İlham Əliyevin  diqqət  və qayğısı  ilə  əhatə  olunduğunu  göstərir. Ölkə rəhbərinin yürütdüyü  siyasətin təməl prinsiplərindən biri də məcburi köçkünlərin həyat şəraitinin və maddi rifahının yaxşılaşdırılması, onların  sosial müavinətlərinin artırılması istiqamətində  həyata keçirilən  tədbirlərdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş  “Qaçqınların  və  məcburi  köçkünlərin  yaşayış  şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilmiş  “Əlavələr”in icrası ilə əlaqədar  rayon  ərazisində  məskunlaşmış  məcburi köçkün   ailələrinin   mənzil-məişət    şəraitinin   yaxşılaşdırılması  məqsədi  ilə  rayonun   Xırdapay  kəndinin  ərazisində  563  məcburi  köçkün  ailəsi  üçün  17  ədəd  4 mərtəbəli  ictimai  yaşayış binasının, 432 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq  bağçasının, icma-klub, inzibati bina, həkim məntəqəsi və ATS binasının tikintisinə başlanılıb.
Yeni yaşayış kompleksinin bu ilin sonuna kimi inşa edilib başa çatdırılması nəzərdə tutulub.

 

Keçidlər