Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidentinin əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində verdiyi tapşırıqlar Kürdəmir rayonunda da uğurla icra edilir

19 aprel 2019 | 16:00

Ölkə başçısının uğurla həyata keçirdiyi məqsədyönlü işlərdən biri də vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atdığı uğurlu addımlardır. Respublika Prezidenti Cənab İlham Əlievin tapşırığına əsasən bölgələrdə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerləri də bu istiqamətdə görülən işlərin ən bariz nümunəsdir. Təqdirəlayiq haldır ki, Kürdəmirdə yaşayan rayon sakinləri də dövlət başçısının onlar üçün yaratmış olduğu imkanlardan bəhrələnə bilirlər. Ötən illərdə olduğu kimi, bu il də rayon sakinləri müvəqqəti iş yerləri ilə təmin olunurlar. Belə  ki, DOST İş Mərkəzi tərəfindən  2019-cu  ildə  355 iş yeri açılmış,  yanvar  ayının  21-dən  DOST İş Mərkəzi tərəfindən  325 vakant  iş  yeri təqdim olunmuş, Məşğulluq Mərkəzi vasitəsi ilə bu yerlərə 325 nəfər işə götürülmüşdür.  Bunlardan  245  sosial   işçi   rayon   Kommunal  Müəssisəsələri Kombnatına, 49 nəfəri rayon Mənzil İstismar Sahəsinə, 31 nəfəri  isə  rayon  Yaşıllaşdırma  idarəsinə  təhkim  edilmişlər. Təhkim  edilənlərin  hamısı DOST İş Mərkəzi tərəfindən  hər  bir  işçinin  adına   plastik  ödəniş  kartları  sifariş edilmiş, Kapital  Bankın rayon  filialı  tərəfindən işçilər  plastik  ödəniş kartları  ilə  təmin olunmuşlar. İşçilərin  əmək  haqqı  tabelləri işlədikləri müəssisələrin  təqdim etdikləri işə davamiyyət cədvəlləri  əsasında  DOST İş Mərkəzi tərəfindən hər bir işçinin adına olan bank hesabına köçürülür və ödəniş bankomat vasitəsi ilə aparılır.
Əlavə  olaraq DOST İş Mərkəzi tərəfindən 30 vakant iş yeri təqdim olmuş   və   bununla  əlaqədar  vətəndaşlarla  bağlanmış  müqavilələr  təsdiq  olunması   üçün DOST İş Mərkəzinə göndərilmişdir. Əhalinin  məşğuuluğunun  təmin  edilməsi  məqsədi  ilə SOCAR  tərəfindən  rayon Qaz İstismarı Sahəsi üzrə 11 bərpa, 55 vakant  iş  yeri  çıxarılmışdır. Çıxarılan iş yerlərinə  rayon  Məşğulluq  Mərkəzi  vasitəsi  ilə  işçilərə  göndərişlər  verilərək Ağsu  Regional  Qaz  İstismarı  idarəsinə göndərilmiş, onlar  Kürdəmir  Qaz İstismarı  Sahəsində  işlə  təmin  olunmuşlar.
“Azərişıq”   ASC  tərəfindən  Kürdəmir  rayonu  üzrə  35  vakant  iş  yeri   təqdim  olunmuş  və  bu  iş  yerlərində   işləmək   istəyən   vətəndaşlar   rayon Məşçğulluq  Mərkəzində  qeydiyyata  alınmışlar.  “Şirvan”   Regional  Enerji   idarəsi   tərəfindən  rayon   Məşğulluq  Mərkəzinə 8, əlavə olaraq  35   vakant   iş   yeri  təqdim edilmişdir.
Kürdəmir rayonunda əhalinin məşğulluğunun artırılması məqsədi ilə yaradılmış müvəqqəti iş yerlərinə işçi qəbulu,əmək haqlarının ödənişi qaydalarının icrası və ümumilikdə neqativ hallara yol verilməməsi məqsədi  ilə rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən  komissiya  yaradılmışdır.

Keçidlər