Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Kürdəmir rayon təşkilatı görkəmli akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirdi

23 aprel 2013 | 15:00

2013-cü il 23 aprel tarixində YAP Kürdəmir rayon təşkilatının Qadınlar Şurası  rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sistemində  görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə   “Gözəl ana, vəfalı  ömür- gün yoldaşı, əvəzolunmaz oftalmoloq alim” mövzusunda dəyirmi masa keçirdi.
Tədbiri giriş sözü ilə açan  YAP rayon təşkilatının Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva  məruzə etdi. O, məruzəsində Azərbaycan tarixinin müxtəlif dönəmlərində onların şücaətli, ləyaqətli, şərəfli ömür yolları, qadınların ərlərinə, oğullarına arxa-dayaq olmaları, dünən və bu gün də Azərbaycan qadınlarının dövlətə, dövlətçiliyə sədaqətindən danışaraq bunu Zərifə xanım Əliyevanın timsalında tədbir iştirakçılarına çatdırdı.
Elmira Şıxəliyeva məruzəsində güclü qadın, güclü dövlət xadimi simasında qadınlarımızı nümunə göstərməyə çağırdı.Natiq sonda Ölkə Prezidenti cənab İlham Əliyev, Onun xanımı Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında  danışaraq, ölkəmizin imicinin formalaşmasında onların rolu, ailə kimi Leyla Əliyevanın, Arzu Əliyevanın apardıqları uğurlu missiyadan danışdı.
Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin Aran şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı, Uşaq İncəsənət Məktəbinin direktoru Qəndaf Zülfüqarova, Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktor müavini İradə Mahmudova çıxış edərək Zərifə xanımın mənalı həyat yolundan, dünya şöhrətli alimin maraqlı və yadda qalan illərindən, zəngin tibbi nailiyyətlərindən danışmışlar. Zərifə xanıma məxsus həssas təbiətli qadın obrazını diqqətə çatdırdılar.
Sonda tədbir iştirakçıları Zərifə xanım Əliyevaya aid videoçarxa baxdılar.

Keçidlər