Kürdəmirdə kənd yolları yenidən qurulur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur.
Səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun yenidən qurulması davam etdirilir. Hər iki yolun ümumilikdə uzunluğu 70 km-dən çoxdur.
Hazırda Kürdəmir rayonunda “ Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na əsasən 5 mindən çox sakinin yaşadığı, 4 kilometr uzunluğu olan Dəyirmanlı-Yenikənd avtomobil yolunun inşası həyata keçirilir. Bundan əlavə 10 minə yaxın əhalinin yaşadığı, uzunluğu 14 km olan Şilyan - Qarasu kəndlərini birləşdirən avtomobil yolunun inşasına başlanılıb.
Hər iki yolun bu ilin sonuna kimi inşa edilib başa çatdırılması nəzərdə tutulub.