Şriftin ölçüsü :

Saytın rəngi :

Muradxan kəndində növbəti səyyar-qəbul görüş keçirilib

11 aprel 2019 | 16:00

Aprelin 11-də  Kürdəmir  rayon  İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Muradxan kəndində növbəti səyyar qəbul-görüşü  keçirilib.
Qəbulda   rayon  icra  hakimiyyətinin  məsul  işçiləri, hüquq-mühafizə orqanlarının,  səhiyyə,  təhsil,  mədəniyyət, digər  xidmət  təşkilatlarının  rəhbərləri, Muradxan   kənd   inzibati  ərazi dairəsinə daxil olan Sor-Sor, Muradxan və Çöl-Ərəb kəndlərinin sakinləri iştirak ediblər.
Kürdəmir rayonunda görülmüş işlər barədə geniş məlumat verən rayon İcra Hakimiyyətinin  Başçısı  Ceyhun  Cəfərov rayonun Muradxan  kənd  inzibati  ərazi  vahidliyində  də  xeyli  abadlıq, quruculuq, təmir-bərpa  işlərinin aparıldığını, bütün  potensial  imkanlar  nəzərə alınmaqla  bir  çox  layihələrin  uğurla  icra  olunduğunu, sakinlər   tərəfindən   qaldırılan   problemlərin həlli   istiqamətində  daim  tədbirlərin  görüldüyünü  diqqətə çatdırdı. Rayon rəhbəri  vurğulayıb ki,  Karrar qəsəbə-Pirili-Muradxan-Sor-Sor  avtomobil  yolunun  tikintisi  ilə   vətəndaşların  gediş-gəlişi, yük  və  sərnişin  daşınması  daha da asanlaşacaq, ən əsası bölgədə kənd təsərrüfatının inkişafında  geniş  imkanlar  yaradacaqdır.
Səyyar  qəbulda iştirak edən kənd sakinləri çıxış edərək kəndə gələn su kanallarının   təmizlənməsi, kənddaxili   yolların   təmir  olunması , ünvanlı   sosial yardımın  verilməsi,  kənd  təsərrüfatı, örüş   sahəsinin  ayrılması, torpaq  məsələləri  və  digər  problemlərin  həllinə  köməklik  göstərilməsini  xahiş  ediblər. Bütün   bunlar   nəzərə   alınaraq   qaldırılan   məsələlərin   həll   olunması   üçün     rayon   İcra  Hakimiyyətinin   Başçısı   yerindəcə    aidiyyatı   təşkilatların  rəhbərlərinə  göstəriş və tapşırıqlarını  verdi.
Kənd   sakinləri  öz  çıxışlarında   Azərbaycan   Respublikasının   Prezidenti   cənab  İlham   Əliyevin   daxili   və   xarici  siyasətini  yekdilliklə  bəyəndiklərini, eləcə  də  Respublikamızda   diqqəti  cəlb  edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını   dərin  razılıq  hissi ilə bildirmiş,  dövlət  başçımızın  Kürdəmir rayonuna   göstərdiyi   xüsusi   diqqət  və  qayğını   yüksək  qiymətləndiriblər. Kənd   sakinləri   Azərbaycan    Respublikasının     Prezidentinin  Sərəncamına  əsasən   inşa   edilən  Karrar  qəsəbə - Pirili – Muradxan - Sor Sor   avtomobil  yolunun    tikintisinə     və      Muradxan    kəndinə   təbii   qazın   verilməsinə   görə   ölkə rəhbərinə  minnətdarlıqlarını  bildiriblər.
Rayon  İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  görüşdə  qaldırılan  təkliflərin  tezliklə   həyata   keçiriləcəyini   əminliklə  qeyd  edərək,  cari məsələlərin  həlli   üçün   müvafiq  strukturların  rəhbərlərinə  konkret  tapşırıqlarını verdi.

Keçidlər