Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilib

08 aprel 2019 | 16:00

Aprelin 7-də rayonun Qələbə parkında Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdən əvvəl bu əlamətdar gün münasibətilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən ağacəkmə kampaniyası təşkil olunub və “10 milyon” Flashmobu ictimaiyyətə təqdim olunub.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərov, icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,  təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin  Başçısı Ceyhun Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının  dünyaya  gəlməsi münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib, ən  xoş arzularını çatdırıb. Qeyd  edib ki, Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin, bu  gün isə onun layiqli  davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin  uzaqgörən  siyasəti  və gərgin  fəaliyyəti nəticəsində ölkəmizin  sosial-iqtisadi  inkişafı və dünyaya  inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ölkəmiz  gündən-günə inkişaf edir. Bildirib ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident  İlham  Əliyevin  müdrik  və uzaqgörən  rəhbərliyi ilə Azərbaycanda  iqtisadi  inkişaf, sabitlik  və  əhalinin sosial  rifahının yaxşılaşması istiqamətində  görülən böyük  işlərin nəticəsidir. Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi  dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Ölkəmizdə olan bu inkişaf Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır. Vurğulayıb ki, bütün dünyada güclü dövlət kimi tanınan Azərbaycan artıq 10 milyonluq bir ölkədir. Bu, təkcə əhalinin say artımı deyil, eyni zamanda, ölkəmizin son  dövrlərdə olan iqtisadi inkişafı deməkdir.
Bayram  tədbiri  rayonun  incəsənət  ustalarının  konsert proqramı ilə davam edib.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

 

Keçidlər